• Ballı leço resepti

Reseptin məlumatları Baxış sayı: 14 796

Tarix : 1-01-2016, 18:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
10 kq şirin bibər
5 kq pomidor
1 st. su
1 st. bitki yağı
1 st. meyvə sirkəsi
1 st. bal
10 diş sarımsaq
qara dənəvər istiot – istəyə görə
duz – istəyə görə

Hazırlanması:
Marinad: suyu, sürtgəcdən keçirilmiş pomidorları, bitki yağını, sirkəni, balı qarışdırıb qaynadın.

Qaynayan marinada hər dəfə 5-6 ədəd olmaqla cecəsi çıxarılmış bibərləri salıb 5 dəqiqə qaynadın, çıxarıb qazana yığın. Azca soyudun. Sterilizə edilmiş bankalara bibərləri yığın, hər bankaya 4-5 diş sarımsaq, 5-6 ədəd dənəvər istiot qoyun. Marinada zövqünüzə görə duz əlavə edin, sonra bankalara, bibərlərin üstünə tökün. Amma başından 1,5-2 sm yer saxlayın, pasterizə edəndə içindəki lap ağzınadək qalxacaq. 10 dəqiqə pasterizə edin (içində leço olan bankaları qaynadın). Ağızlarını bağlayıb tərs çevirin, ədyalla örtüb 5-6 saat, soyuyunca saxlayın. Sərin yerə qoyun.

Nuş olsun!
Etiketlər: qaynadın, bibərləri, istəyə, dəqiqə, bankalara, pasterizə, saxlayın, qoyun, istiot, yığın, sarımsaq, dənəvər, bitki, edəndə, başından, bibər, şirin, tökün, bibərlərin, zövqünüzə
BİZİ İZLƏYİN