• Bayram şamı salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 26 432

Tarix : 20-03-2016, 14:12

Bölmə : Qəlyanaltılar / Salatlar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
2 bişmiş kartof
3 bişmiş yumurta
200 q soğanla qovrulmuş qiymə (mal ətindən)
150 q bərk pendir
100 q mayonez və ya çox qatı xama

bəzək üçün:
şüyüd
qırmızı və sarı bolqar bibəri
bişmiş yerkökü

Hazırlanması:
Kartofu yuyub qabıqlı bişirin, təmizləyib sürtgəcin iri gözündən keçirin. Azca duzlayıb boşqaba şəkildə göstərildiyi formada yerləşdirin. Üzərinə mayonez çəkin.
Soğanla qovrulmuş qiyməni qoyun, mayonez çəkin.
1 yumurtanın ağını və sarısını bəzək üçün saxlayın, qalan yumurta ağını sürtgəcdən keçirin, salatın üstünə səpin. Azacıq mayonez çəkin.
Sürtgəcdən keçirilmiş pendir və yumurta ağı səpin (şəkildəki kimi).
«Şamın» «fitil»ini qara gavalıdan kəsdiyiniz nazik şəriddən düzəldin.
Atəş: sürtgəcdən keçirilmiş pendirin üstünə sürtgəcdən keçirilmiş yumurta sarısı, sonra sürtgəcdən keçirilmiş yerkökü tökün, üstünə qırmızı bibərdən kəsdiyiniz bir parçanı qoyun.
Fitilin ətrafına yumurtanın ağını dairəvi şəkildə, qalan yerinə isə sürtgəcdən keçirilmiş pendir səpin. bir tərəfinə şüyüddən «budaqlar» döşəyin. Qırmızı bibərdən bant kəsib salatın üzərinə yerləşdirin.

Bayram şamı salatı resepti - FOTO RESEPT

Bayram şamı salatı resepti - FOTO RESEPT

Bayram şamı salatı resepti - FOTO RESEPT

Bayram şamı salatı resepti - FOTO RESEPT

Bayram şamı salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: milli, keçirilmiş, sürtgəcdən, yumurta, mayonez, çəkin, pendir, üstünə, səpin, bişmiş, ağını, şəkildə, qoyun, yerləşdirin, qalan, salatın, keçirin, kəsdiyiniz, bibərdən, yumurtanın
BİZİ İZLƏYİN