• Pendirli rollar resepti

Reseptin məlumatları Baxış sayı: 11 683

Tarix : 26-11-2016, 21:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 qr ələnmiş un
50 qr soyuq kərə yağı
100-125 ml soyuq süd
50 qr bərk sarı pendir

Hazırlanması:
1. Soba 200 C dərəcəyədək qızdırılır. Un və yağı əlinizlə umac alınanadək ovulur.
2. Süd əlavə edilir və xəmir kündə halına salınıb yoğrulur. Kündə qida plyenkasına bükülür, 30 dəqiqə ərzində soyuducuda soyudulur.
3. Az miqdarda un səpilir və kündə dairə şəklində açılır. Rəndələnmiş pendir səpilir və rulet kimi bükülür. Bıçaqla iri kündələrə ayrılır.
4. Rollar 25 dəqiqə ərzində üzəri qızaranadək bişirilir.

Nuş olsun!
Etiketlər: dəqiqə, ərzində, səpilir, kündə, bükülür, pendir, soyuq, açılır, Rəndələnmiş, şəklində, dairə, rulet, miqdarda, Bıçaqla, qızaranadək, bişirilir, üzəri, Rollar, kündələrə, ayrılır
BİZİ İZLƏYİN