Tərkibi:1 kq noxud
400 qr küncüt pastası (tahin)
2 diş sarmısaq
80 qr çay sodası
40 qr limon duzu
60 qr duz
2 l su
Dondurma
Hazırlanması:Noxud yuyulur, üstünə su tökülür. Suya çay sodası əlavə olunub qarışdırılır. Noxud sodalı suda bir gün, minimum 12 saat saxlanır.
Sonra əzilənə qədər bişirilir, suyu süzülüb soyudulur. Bişirilmiş noxud əzilərək püre şəklinə salınır. Noxud əzməsinin üzərinə küncüt pastası, sarımsaq, duz və limon duzu əlavə edilib blenderdən keçirilir. Qarışığa dondurma əlavə olunub qarışdırılır. Humus süfrəyə soyuq halda zeytun yağı ilə birlikdə verilir.
Nuş olsun!
Etiketlər: Noxud, əlavə, pastası, qarışdırılır, noxud, küncüt, olunub, sodası, limon, verilir, blenderdən, edilib, üzərinə, salınır, əzməsinin, keçirilir, sarımsaq, dondurma, süfrəyə, soyuq