• Xəmirdə göyərtili qəlyanaltı resepti

Reseptin məlumatları Baxış sayı: 15 913

Tarix : 10-12-2016, 17:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
3 st. un
1 ç.q. duz
0,5 ç.q. maya
2 x.q mayonez
1 yumurta
1 st. su

İçlik üçün:
2 dəstə keşniş
2 dəstə şüyüd
2 dəstə ispanaq
1 dəstə göy soğan
1 dəstə turşəng
80 qr kərə yağı

Üzəri üçün:
1 ədəd yumurta sarısı

Hazırlanması:
İçliyin hazırlanması:
Göyərtilər təmiz yuyulub xırda doğranır, az yağda bir qədər pörtlədib duz, istiot səpilib qarışdırılır.

Xəmirin hazırlanması:
Unun üzərinə yumurta, mayonez , duz, maya, ilıq su az-az əlavə olunub xəmir yoğrulur. Hazır xəmir dinləndirilmədən 3 kündəyə bölünür. Hər kündə nazik yayılır. Yayılan xəmirin üzərinə fırça ilə ərinmiş kərə yağı çəkilib, içlikdən bir qat hər tərəfinə yayılır. 3 qat üst-üstə eyni qayda ilə hazırlanır, rulet kimi bükülüb, kənarları bağlanır. Rulet yağlanmış formaya qoyulur, üzərinə yumurta sarısı çəkilib, bir neçə yerdən çəngəllə deştəklənir. Rulet sobada 180 dərəcədə 30-40 dəq. üstü qızarana qədər bişirilir.

Nuş olsun!
Etiketlər: dəstə, yumurta, üzərinə, çəkilib, xəmir, Rulet, hazırlanması, yayılır, mayonez, qədər, sarısı, qayda, hazırlanır, içlikdən, tərəfinə, ərinmiş, nazik, Yayılan, xəmirin, fırça
BİZİ İZLƏYİN