Tərkibi:- 5 litr tam yağlı və ya yarım yağlı süd (üstünlük tam yağlı)
- 1/ 2 kq süzmə və ya normal qatıq
- 2 yemək qaşığı duz
- Pendiri qoyub suyunu süzmək üçün kifayət böyüklükdə bez torba
Hazırlanması:- Südü qaynayana qədər istilədin.
- Qaynamağa başlayınca , qatığı içinə əlavə edin.
- Qatıq, südün içində əriyənəcən qarışdırın.
- Bu əsnada istilətməyə davam edin.
- Bu əməliyyat təxminən 5-7 dəqiqə davam etməkdədir.
- Laxtalanma başladığında duz əlavə edin.
- Qarışdırmağa davam edərkən pendir yavaş yavaş topaqlaşır .
- 5 dəqiqə sonra hamısının pendirə çevrildiyini, pendir ilə suyun ayrıldığını görəcəksiniz.
- Su yüngül yaşımtıl bir rəng aldıqda qazanı ocaqdan alın.
- Suyu süzüb pendir topaqlarını torbaya doldurun.
- Torbanın ağzını möhkəmcə bağlayıb üzərinə də bir ağırlıq qoyub gözləyin.
- Ən az 12 , ən yaxşısı da 24 saat ağırlıq altında buraxdıqdan sonra pendiri torbadan çıxarıb istəyə görə dilimləyin.
Nuş olsun!
Etiketlər: pendir, yağlı, davam, yavaş, əlavə, qoyub, ağırlıq, dəqiqə, sonra, yaşımtıl, aldıqda, hamısının, yüngül, qazanı, ayrıldığını, ocaqdan, çevrildiyini, topaqlaşır, suyun, pendirə