• Fransızsayağı raqu resepti

Reseptin məlumatları Baxış sayı: 13 850

Tarix : 10-10-2017, 18:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 2-4

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Kərə yağı 50q
Çəkilmiş ət 500q
Soğan 1 baş
Bolqar bibəri 3 ədəd
Pomidor 5 ədəd
Holland pendiri 150q
Qaymaq(30-33% yağlı) 150 ml
Duz
İstiot

Hazırlanması:
İlk öncə soğanı yuyub, tımizlədikdın sonra onu xırda xırda doğrayırıq. Doğradığımız soğanı çəkilmiş ət ilə birləşdirib kərə yağı ilə orta hərarətli alovda qovurmağa başlayırıq. Ət tam bişənə qədər tavanın altını söndürmürük. Daha sonra bibərləri içlikdən təmizləyib, xırda-xırda doğrayırıq. Doğradığımız bibərləri kərə yağı ilə qızardırıq.
İstiyə davamlı qabın dibinə sürtgəcdən keçirilmiş holland pendirin bir hissəsini əlavə edin. Daha sonra uzərinə bişirdiyiniz ətli-soğanlı kütləni və qızartdığınız bibərləri yerləşdirin. 1 ədəd pomidoru doğrayıb, bibərli qatın üzərinə yerləşdirin. Qeyd edək ki, hər bir qatın üzərinə zövqə görə duz və istiot vurulur. Sürtgəcdən keçirilmiş holland pendirin qalan hissəsini qaymaq ilə birləşdirib, sonuncu qatın üzərinə boşaldın. Pomidorları nazik dilimlərə doğrayıb, son olaraq raqunun üzərinə səliqəli şəkildə düzürük. Sobanızı 200 dərəcəyə qədər isidib, 20 dəqiqə ərzində raqunu bişirə bilərsiniz.

Nuş olsun!
Etiketlər: xırda, üzərinə, bibərləri, qatın, sonra, birləşdirib, doğrayırıq, qədər, Doğradığımız, pendirin, doğrayıb, yerləşdirin, hissəsini, keçirilmiş, holland, soğanı, qalan, Sürtgəcdən, qaymaq, sonuncu
BİZİ İZLƏYİN