• Şaurma resepti

Reseptin məlumatları Baxış sayı: 20 096

Tarix : 6-03-2017, 17:00

Bölmə : Qəlyanaltılar / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q toyuq filesi
1 orta kartof
100 q duzlu xiyar
100 ml qatiq (camış qatığı arzuolunandır)
2 x.q xama
1 ç.q karri
1-2 diş sarımsaq
duz, istiot
2 x.q bitki yağı
3-4 ədəd lavaş

Hazırlanması:
1.İlk növbədə şaurmanın sousunu hazırlayın. Qatığa xama, əzilmiş sarımsaq və karri qatıb qarışdırın. Sousu soyuducuya qoyun.

2.Toyuq filesini yuyun və salfet ilə qurudun. Bitki yağını tavada qızdırın və duzlanmış, istiotlanmış toyuğu tam bişənədək qızardın. (Eyni qaydada toyuqu sobada da bişirmək olar)

3.Kartofun qabığını soyun, yuyun, salfet ilə qurulayıb uzunsov dilimlərə doğrayın. Bitki yağında qızardın və soyudun.

3. Hazır toyuqu və duzlu xıyarı uzunsov dilimlərə doğrayın.

4. Lavaşı açın, əgər nazik olsa 2 lavaşdan istifadə etmək olar, üzərinə sous çəkin və kartof, toyuq və xiyarı yerləşdirin. İçliyin üzərinə bir az da sous əlavə edin və şairma kimi bükün. Eyni qaydada ikinci şaurmanı da hazırlayın.

5. Şaurmanı qril tavada və ya tosterdə 2-3 dəqiqə qızardın və süfrəyə verin.

Nuş olsun!
Etiketlər: qızardın, tavada, doğrayın, dilimlərə, hazırlayın, Bitki, yuyun, salfet, üzərinə, sarımsaq, toyuq, duzlu, kartof, qaydada, toyuqu, uzunsov, karri, xıyarı, soyun, Hazır
BİZİ İZLƏYİN