• Göbələkli "cücələr" resepti

Reseptin məlumatları Baxış sayı: 11 246

Tarix : 22-03-2017, 16:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Zeytun yağı 2 x.q
Şampinyon 200 q
Qaynadılmış yumurta 3 Ədəd
Şüyüd 1/2 dəstə
Sarımsaq 1 diş
Xama 2 x.q
Duz 1 çimdik
İstiot 1/2 ç.q

Bəzək üçün:
Qara zeytun 2 ədəd
Soğan 1 ədəd (kiçik ölçüdə)

Hazırlanması:
Göbələklərin qabığını soyun və xırda doğrayın. Tavada zeytun yağını isidib göbələkləri əlavə edin və tam bişənədək qızardın.

Qaynadılmış yumurtanın qabığını soyun və ağını sarısından ayırın. Bunun üçün yumurtanı şaquli vəziyyətdə saxlayaraq mərkəzini ziqzaqvari kəsin və sarısını çıxarın. Sarıları ayrıca qaba qoyun, üzərinə doğranılmış süyüd, əzilmiş sarımsaq, duz, istiot və xama qatıb qarışdırın.

Yumurtanın ağının içərisinə 1 ç.q içlik qoyub üzərini digər hissə ilə bağlayın.

Cücələrin gözlərini qara zeytundan, pipiyini isə soğan qabığından düzəldə bilərsiniz.

Nuş olsun!
Etiketlər: zeytun, qabığını, soyun, Qaynadılmış, əzilmiş, Yumurtanın, sarımsaq, istiot, süyüd, qarışdırın, qatıb, doğranılmış, çıxarın, sarısını, kəsin, Sarıları, ayrıca, üzərinə, qoyun, ağının
BİZİ İZLƏYİN