Tərkibi:200 q pendir
3-4 x.q. narın suxarı
1 x.q. küncüt
1 yumurta
3 x.q. bitki yağı
Hazırlanması:Pendiri iti bıçaqla 0,5 - 1 sm qalınlıqda dilimləyin.
Narın suxarını küncütlə qarışdırın. Yumurtanı çəngəllə çalın. Duz vurmaq lazım deyil.
Hər pendir dilimini yumurtaya, sonra isə küncüt-suxarı qarışığına batırın.
Bitki yağını tavada qızdırın, orta itilikli odda pendir dilimlərini o üz-bu üz qızardın.
Nuş olsun!
Etiketlər: pendir, suxarı, küncüt, sonra, qarışığına, yumurtaya, batırın, deyil, dilimini, yağını, dilimlərini, qızardın, itilikli, qızdırın, lazım, tavada, Bitki, çəngəllə, bıçaqla, qalınlıqda