• Soyuqdəyməni yox edən 10 təbii üsul

Reseptin məlumatları Baxış sayı: 2 163

Tarix : 2-04-2018, 14:00

Bölmə : Qidalanma qaydaları


Bunun üçün qeyd etdiyimiz qida məhsullarını qəbul etməyiniz kifayətdir.
Əgər tez-tez xəstələnirsinizsə və bu sizin işlərinizə maneə olursa, aşağıdakı təbii üsullardan istifadə edərək buna son qoya bilərsiniz. Bunun üçün qeyd etdiyimiz qida məhsullarını qəbul etməyiniz kifayətdir.

Bal və limonlu ilıq çay
Əgər sizə soyuq dəyibsə, ilk olaraq yaxşı dəmlənmiş, yaşıl və ya adi qaraçaya bir dilim limon,1 çay qaşığı da bal əlavə edib için. Ancaq unutmaq olmaz ki, çay qaynar olmamalıdır. Çünki qaynar çay, limon və balın təsirini azaldır.

Cökə ağacının çiçəkləri və moruq çayı
Cökə çiçəklərindən çay dəmləyin və üzərinə moruğun meyvəsini, yarpaqlarını əlavə edib 30 dəqiqə ağzı örtülü saxlayın. Sonra onu süzüb için. Moruğun meyvəsi və yarpağı yoxdursa moruq mürəbbəsindən də istifadə etmək olar. Və bunu çaya əlavə edib için.

İtburnu çayı
İtburnu xalq arasında vitamin deposu kimi də tanınır. Bu bitki əsasən də C vitamini ilə olduqca zəngindir. Soyuqladığınız zaman xırda doğranmış quru itburnu meyvəsindən iki xörək qaşığı götürüb üzərinə 0,5 litr qaynar su tökün və çaydanda dəmləyin. 1 gecə o cür saxlayın. Bu dəmləmədən gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl yarım stəkan içsəniz nəticəsini görəcəksiniz.

Qırmızı və ya qara qarağat
Qarağat bakteriya əleyhinə ən gözəl vasitə hesab olunur. Onu 1/3 nisbətində şəkər tozu ilə əzib qarışdıraraq soyuducuda saxlayın. Xəstələnəndə iki xörək qaşığı götürüb 0,5 litr ilıq su ilə qarışdırıb yeməkdən 15 dəqiqə əvvəl yarım stəkan için.

İsti süd və mineral su qarışığı
Öskürək sizi narahat edirsə, qaynar südlə mineral qazlı suyu qarışdırıb için. Ancaq mineral suyun keyfiyyətli olmasına diqqət edin. Bu sizə bəlğəmdən xilas olmağa yardımçı olacaq.

Süd və sarmısaq
Bunları qarışdırıb içdikdə, cəmi bir günə ayağa qalxa bilərsiniz. Çox effektlidir. Nə etməli? Bir stəkan ilıq südə 10 damcı sarımsaq suyu əlavə edin və gecə için. Səhər yuxudan oyandıqda özünüzü gümrah hiss edəcəksiniz

Çobanyastığı çayı
Bu bitki iltihab əliyhinə ən gözəl vasitə hesab edilir. Bir xörək qaşığı çobanyastığı və cökə çiçəyini 1 stəkan qaynar suda 20 dəqiqə dəmləyin, daha sonra onu süzün. Yeməkdən öncə 1/3 stəkan gündə 3 dəfə için.
Etiketlər: qaynar, stəkan, əlavə, qaşığı, dəqiqə, xörək, mineral, qarışdırıb, saxlayın, dəmləyin, vasitə, Bunun, gözəl, limon, üzərinə, moruq, Ancaq, İtburnu, bitki, hesab
BİZİ İZLƏYİN