• Məşqdən sonra yeyə biləcəyiniz minimum kalorili 3 yemək

Reseptin məlumatları Baxış sayı: 2 628

Tarix : 29-06-2018, 20:00

Bölmə : Qidalanma qaydaları


Ağır məşqdən sonra bədənə lazım olan maddələri yediyiniz yeməklərin vasitəsilə əldə edə bilərsiniz.

Yumurtalı düyü
Lazım olan ərzaqlar: 8 yumurta (ancaq ağı), yarım stəkan tez bişən düyü, yarım st. su, zövqə görə ədviyyat.

Hazırlanması: Düyünü suya tökərək bişənə qədər qaynadın. Daha sonra qabın qapağını bağlayaraq 5 dəqiqə gözləyin. Düyü bişən müddətdə orta böyüklükdə tavanı gur yanan ocağa qoyun. Tava qızdıqdan sonra yumurta ağlarını tavaya tökərək davamlı qarışdırın. Yumurta bişdikdən sonra düyünü ora əlavə edin və birlikdə qarışdırın. Zövqə görə ədviyyat vurun.

Bu yeməyin bir payında 327 kkal, 32 qr zülal, 1 qr yağ, 45 qr karbohidrat, 1 qr lif var.

Əzələ üçün yulaf
Lazım olan ərzaqlar: y/st. yulaf yarması, 2 st. kətan toxumu, y/st. süd, 1 st. hər hansı giləmeyvə

Hazırlanması: Yulaf yarmasını kətan toxumu ilə qarışdıraraq üzərinə süd əlavə edin və 2 qədidəliyə mikrodalğalı sobaya qoyun. Hazır olduqdan sonra üzərinə giləmeyvə əlavə edin.

Bu yeməyin bir payında 516 kkal, 30 qr zülal, 17 qr yağ, 62 qr karbohidrat, 17 qr lif var.

«Neyaxa Co» burgeri
Lazım olan ərzaqlar: 140 qr çəkilmiş mal əti, 1 kiçik baş soğan, 2 x/q tomat pastası, 3 x/q ketçup, 1 tam taxıldan hazırlanmış bulka, qara istiot, vuster sousu

Hazırlanması: Orta böyüklükdə tavanı gur yanan ocağa qoyun. İçinə əti, soğanı qoyaraq qarışdırın. Daha sonra tomat pastası, ketçup, istiot və sous əlavə edin. Qazı azaldaraq təxminən 5-7 dəqiqə davamlı qarışdırın. Ət bişdikdən sonra bulkanın içinə qoyun.

Bu yeməyin bir payında 473 kkal, 42 qr zülal, 9 qr yağ, 59 qr karbohidrat, 9 qr lif var.
Etiketlər: sonra, qarışdırın, qoyun, əlavə, zülal, ərzaqlar, payında, Hazırlanması, yeməyin, Lazım, karbohidrat, bişdikdən, dəqiqə, davamlı, pastası, ketçup, ocağa, tomat, böyüklükdə, üzərinə
BİZİ İZLƏYİN