• Ana südünü artıran 10 qida

Reseptin məlumatları Baxış sayı: 63 295

Tarix : 29-08-2018, 20:00

Bölmə : Qidalanma qaydaları


Bu gün gənc analar südün azlığından və ya heç olmamasından şikayətlənirlər. Laktasiyanın artması üçün elə qidalar var ki, yüz dərman və ya müalicəvi çayı belə əvəz edər. Unutmaq olmaz ki, düzgün və sağlam qidalanma ana südünün artmasında olduqca vacibdir.

Su
Bəli, sadəcə su! Çay, süd, kefir, şorba kimi mayelərdən başqa süd verən ana sutka ərzində 6-8 st. qazsız, təmiz su içməlidir.

İsti çay
Bu ən sınanmış və geniş yayılan üsuldur. Bal ilə yaşıl çay və ya süd ilə qara çay. Bu isti içkiləri körpəni qidalandırmamışdan 30 dəqiqə əvvəl içmək lazımdır.

Ağartı məhsulları
Adətən inək südü allergik olduğu üçün məsləhət görülmür. Amma süd məhsullarını çox rahatlıqla istifadə etmək olar. Qatıq, xama, kefir, pendir – gündəlik qəbul etmək həm sizə, həm də körpənizə faydalı olacaq.

Qara çörək otu
Bu ədviyyat laktasiyanın artması üçün ideal vasitədir. Əgər süd verirsinizsə, ya çörək otu vurulmuş çoxlu un məmulatları yeməli, ya da artıq kalori almayıb, sadəcə onun çayını dəmləməlisiniz: 1 ç.q. çörək otunu 1 st. qaynar südə tökməli və 2 saat kənara saxlamalısınız. Bu içkini yarım stəkan olmaqla gündə 2 dəfə - əmizdirmədən 15 dəqiqə əvvəl içməlisiniz.

Şüyüd çayı
1 x.q. quru şüyüdü 1 st. qaynar suya tökürük, 2 saat termosda saxlayırıq. Gündə 2 dəfə - yarım stəkan olmaqla içmək məsləhətdir. Bu çay həm köpü aradan qaldırır, həm də südü artırır.

Qoz
Tərkibindəki çoxlu kalsi və maqneziumun sayəsində bu məhsul süd əmələgətirən xüsusiyyətə malikdir. Bəzən həkimlər onun allergik təsirinin olacağını nəzərə alıb, qozu məsləhət görmürlər. Amma gündə 5-6 ədəd yemək sizə heç bir zərər vurmaz, əksinə südünüzü artırar.

Meyvə şirələri
Ev şəraitində hazırladığınız kök, qarağat, alma və giləmeyvə şirələri də çox yaxşı təsir göstərir. Amma şirəyə su və hər hansı konservant əlavə edilməməlidir.

Gerkules sıyığı
Süd verən analar üçün tutumlu səhər yeməyi mütləqdir. Gerkules sıyığının isə əhəmiyyəti xüsusidir. Onun tərkibinə süd, ərik qurusu əlavə edərək, həm daha dadlı edə, həm də xeyrini artıra bilərsiniz.

Kök və soğan
Bu tərəvəzləri həm çiy, həm də qaynadılmış halda – yeməklərin, salatların tərkibində nə qədər çox yesəniz, bir o qədər faydalıdır. Bir sözlə, çalışın hər gün yeməklərinizin tərkibində bu qidalar olsun.

Qarabaşaq
Bu qidanı “min bir dərdin faydası” da adlandıra bilərik. Sağlam qidalanma ilə bağlı istənilən mövzuda qarabaşaq var! Eləcə də laktasiyanın artmasında onun misli yoxdur. Yaxşı olar ki, bu dənli bitkini gündəlik rasiona daxil edəsiniz. Hər gün qarabaşaq qaynadın, ət və ya toyuqdan üstlük hazırlayıb bol-bol yeyin.

süfrem.az
Etiketlər: çörək, dəqiqə, əvvəl, içmək, qaynar, olmaqla, verən, gündə, əlavə, yarım, tərkibində, çoxlu, gündəlik, laktasiyanın, etmək, məsləhət, qarabaşaq, allergik, Gerkules, qədər
BİZİ İZLƏYİN