• Dananın ən xeyirli hissəsi

Reseptin məlumatları Baxış sayı: 3 601

Tarix : 11-12-2018, 20:00

Bölmə : Qidalanma qaydaları


Uşaq vaxtı bizə dil ətini sevdirmək və yedirtmək üçün “A bala, bu əti ye, dilin tez böyüsün, dil-dil ötəsən” kimi şirin yalanlar da uydurardılar. Böyüdük və anladıq ki, həqiqətən də uşaqların sevmədiyi elə məhsullar var ki, orqanizm üçün necə xeyirli və gərəkli imiş... Onlardan biri də dananın dilidir.

Əslində bu əti çox az adam alır və bişirir. Elə ailələr tanıyıram ki, ümumiyyətlə, dil ətinin dadı ilə heç tanış deyillər. Bəlkə bu yazıdan sonra bazara gedə və bu möcüzəvi əti (həm də nisbətən ucuz olur) alar və dadarlar.
Qədim zamanlarda ağız dadını bilən dədə-babalarımız bu əti əsl delikates hesab edərdi və ondan hazırlanan xörək çox hörmətli sayılardı.

100 qram dil əti insanın günlük kalorisinin cəmi 9%-ni təşkil edərək, 173 kkal malikdir. Dietoloqlar artıq çəkidən əziyyət çəkənlər üçün bu ətin çox dəyərli olduğunu vurğulayırlar. Belə ki, tərkibindəki lazımi maddələrin sayəsində siz zəifləmədən artıq çəkilərdən azad ola bilərsiniz:
16% zülal
12% yağ
2.2 karbohidrat

Qaynadılmış dil ətinin tərkibi dəmirlə zəngin olduğu üçün anemiyanın dərmanıdır. Həmçinin qastrit, mədə xorası kimi xəstəliklərdə də faydalıdır. Tərkibində vitamin və lazımi komponentlərin olması onu immuniteti zəif olanlar, hamilələr, eləcə də doğuşdan sonra qadınlar üçün birə beş gərəkli edir!
Təkibindəki sinkin miqdarı isə bir günlük normanın 40%-ni təşkil edir. Bu da xolesterinin enməsinə imkan yaradır və yaraların sağalmasını sürətləndirir.

Soyuqdəymə zamanı sadəcə dili qaynadıb, yemək, suyuna da sirkə-sarımsaq vurub içmək insanı dirçəldir, ona gümrahlıq verir.
Kalium, yod, kükürd, fosfor, xrom, molibden və s. kimi maddələrin çoxluğu onu həm də uşaqlar üçün zəruri edir. Çalışın ki, bu ətdən uşaqlarınıza da tez-tez verəsiniz. O böyüməni sürətləndirir, boy artımına da kömək edir.
Amma yaşlı insanlar bu ət məhsulunu çox yeyə bilməzlər. Qaraciyərlə müqayisədə tərkibində 3 qat çox yağ olduğu üçün yaşlı insanlara çox yemək tövsiyə olunmur.

Dil ətini bişirməzdən öncə onun dərisini soymaq lazımdır ki, zərərli maddələr atılsın. Ən klassik bişirmə üsulu qaynadıb, yeməkdir. Əgər evdəkilər və ya uşaqlar onu bu cür sevməsələr, çalışın ki, başqa reseptləri sınayasınız. Onları belə dəyərli nemətdən məhrum qoymamaq üçün biz sizə dana dilindən hazırlana biləcək ən dadlı reseptləri təqdim edəcəyik!

süfrem.az
Etiketlər: maddələrin, lazımi, ətinin, qaynadıb, sürətləndirir, gərəkli, sonra, dəyərli, günlük, uşaqlar, təşkil, yaşlı, artıq, olduğu, yemək, ətini, reseptləri, verir, Kalium, gümrahlıq
BİZİ İZLƏYİN