• Vitamin D tərkibli qidalara üstünlük verin

Reseptin məlumatları Baxış sayı: 2 520

Tarix : 2-01-2019, 14:00

Bölmə : Qidalanma qaydaları


Hər kəs bilir ki, insan bədəninin sağlam olması üçün vitaminlərə ehtiyacı var. Əksər insanlar tibbi biliklər olmadan müxtəlif vitaminlərin hansı faydalarının olduğunu bilmir.

Vitamin A: Cavan görünüşlü dəri, gözəl saçlar, sağlam dırnaqlar, iti görmə qabiliyyəti və möhkəm sümükləri təmin edir. Kök, sitrus meyvələri, pendir, kəsmik, süd, yumurta, balıq, cəfəri, ispanaq kimi qida məhsullarında rast gəlinir.

Vitamin B1: Beynin işlək olmasına, həzm sisteminin yaxşılaşmasına, güclü əzələlər, sağlam ürək və keyfiyyətli yuxunun yaranmasına kömək edir. Qoz-fındıq, yulaf, qarabaşaq yarması yeməklə B1 vitaminini qəbul edə bilərsiniz.

Vitamin B2: İti görmə qabiliyyəti və möhkəm əzələlər üçün faydalıdır. B2 vitamini süd, badam, yumurta, göbələk, qarabaşaq yarması, kəsmik və ət kimi məhsulların tərkibində var.

Vitamin B5: Güclü yaddaş, şən əhval-ruhiyə, xəstəlikdən tez sağalmaq, sağlam qan damarları və ürək üçün xeyirlidir. Tərkibində B5 vitamini olan qida məhsullarına müxtəlif ət növləri, toyuq, yumurta sarısı, süd məhsulları, kürü, paxlalı bitkilər, yulaf yarması, qoz-fındıq, maya, qarabaşaq yarması və düyü daxildir.

Vitamin B6: Bədənin cavanlaşmasını, güclü əsəb sistemi və sağlam qan-damar sisteminin olmasını təmin edir. Yarma, cücərmiş buğda dənələri, göyərti salatı, kələm, banan, qoz, buğda kəpəyi, qızılbalıq və ət yeməklə B6 vitaminini qəbul edə bilərsiniz.

Vitamin B12: Normal çəki, yaxşı immunitet, güclü yaddaş və sağlam mədə-bağırsaq sistemi üçün soya, mayaotu, ispanaq, balıq, süd, pendir, yumurta sarısı kimi qidalardan istifadə edilə bilər.

Vitamin C: Hamar dəri, yaxşı immunitet, yüksək əhval-ruhiyyə, sağlam saçlar və dırnaqlar üçün xeyirlidir. Şüyüd, sitrus meyvələri, itburnu, ağtikan, qırmızı meyvələr, gül kələmi, noxud, lobya, turp, kivi, qulançar kimi qidaların tərkibində vitamin C var.

Vitamin D: Möhkəm sümüklər, düzgün qan dövranı, soyuğa qarşı immunitet, toksiklərin (zəhərləyici maddələr) aradan qaldırılması, xoş əhval-ruhiyyə, sağlam qan-damar sistemi üçün Vitamin D tərkibli qidalara üstünlük verin. Belə qidalara pendir, yağ, kəsmik, yumurta sarısı, balıq, dəniz məhulları, kartof, bitki yağı, mal əti daxildir.

Vitamin E: Bədənin cavan qalması, reproduktiv sistemin normal fəaliyyəti, şən əhval-ruhiyə üçün Vitamin E tərkibli ət, günəbaxan yağı, qarğıdalı, balqabaq toxumu, zeytun yağı, qoz-fındıq, süd məhsulları xeyirlidir.

Vitamin K: Yaranın tez sağalması, normal qan dövranı üçün Vitamin K üçün ispanaq, gicitkən, itburnu, gül kələm, kök, pomidor, yaşıl çay və çiyələkdən istifadə edin.
Etiketlər: Vitamin, sağlam, yumurta, yarması, əhval, güclü, sarısı, qarabaşaq, pendir, ispanaq, balıq, sistemi, kəsmik, fındıq, xeyirlidir, immunitet, itburnu, ruhiyyə, istifadə, dövranı
BİZİ İZLƏYİN