• Qəhvənin sağlamlığa olan müsbət təsirləri

Reseptin məlumatları Baxış sayı: 2 062

Tarix : 8-01-2019, 14:00

Bölmə : Qidalanma qaydaları


Son elmi araşdırmalar qəhvənin insan sağlamlığına olan yeni müsbət təsirlərini üzə çıxardır. Belə ki, qəhvənin tərkibində olan kofein maddəsi bəzi xəstəliklərin inkişafı riskini azaldır.

«Komsomolskaya pravda»nın məlumatına görə, Harvard ictimai səhiyyə məktəbi alimləri bir neçə il ərzində davam edən 130 000 insanın əhatə etdiyi elmi araşdırma zamanı aşkar ediblər ki, qəhvə bu kimi xəstəliklərin riskini azaldır:

Şəkərli diabet
Qəhvə mədəaltı vəzinin qlükozaya olan həssaslığını artırır ki, bu da mədəaltı vəzinin fəaliyyətini tənzimləyir, ona müsbət təsir edir. Nəticədə şəkərli diabetin inkişafı riski azalır.

Ürək çatışmazlığı
Araşdırmalar göstərib ki, gündə 2-3 fincan təbii qəhvə ürək çatışmazlığından qoruyur.

Parkinson xəstəliyi
Alimlər sübut ediblər ki, qəhvənin qəbulu Parkinson xəstəliyinin riskini xeyli azaldır. Ümumiyyətlə kofein yaşlı insanların beyininin fəaliyyətinə müsbət təsir edir, beyinin qocalmasını ləngidir.

Qaraciyər xərçəngi
Qəhvə qaraciyərin mənfi təsirlərə (xüsusilə spirtli içkilərə) olan davamlılığını artırır və nəticədə qaraciyər xəstəliklərinin və o cümlədən qaraciyər xərçənginin riskini azaldır. Alimlərin fikrinə görə, gündə 2-3 fincan qəhvə içən insanlarda bu riski 40-50% azalır.

Yoğun bağırsaq xərçəngi
Elmi araşdırmalar sübut edib ki, gün ərzinə 2-3 fincan qəhvə içən insanlarda yoğun bağırsaq xərçənginin riski 26-50% qədər azalır.
Etiketlər: riskini, azaldır, qəhvə, azalır, fincan, riski, müsbət, qəhvənin, vəzinin, mədəaltı, xərçəngi, Parkinson, Qəhvə, artırır, sübut, gündə, araşdırmalar, təsir, qaraciyər, ediblər
BİZİ İZLƏYİN