Qlükoza və fruktozadan ibarət olan saxaroza bağırsaq mikroflorasının inkişafı üçün vacib olan zülalın formalaşmasına əngəl yaradır.
Məlum olduğu kimi, bağırsağın mikroflorası insanın sağlamlığında vacib rol oynayır, onun quruluşu qida rasionundan asılı olaraq dəyişir. Buna qədər karbohidratların nazik bağırsağa qədər sovrulduğu, şəkərin isə heç vaxt yoğun bağırsağa qədər gedib çıxmadığı hesab olunurdu. Lakin bu yaxınlarda şəkərin mikrofloraya təsir etdiyi, onun quruluşunu dəyişə bildiyi qeyd olunur.
Alimlər yüksək qlükoza və fruktozadan ibarət pəhrizin siçan orqanizmində faydalı Bacteroides thetaitaomicron bakteriyasına təsirlərini araşdırıb. Məlum olub ki, qlükoza və fruktozadan ibarət olan saxaroza xeyirli bakteriyaların kolonizasiyası üçün vacib olan "Roc" (regulator of colonization/ kolonizasiya tənzimləyicisi) zülalının formalaşmasına əngəl yaradır.
Mütəxəssislər zülal aktivliyi dəyişməyən bakteriyaların ştammını yaradıb.Bu mikroorqanizmlər adətən yüksək karbohidratlı pəhriz zamanı daha fəal şəkildə çoxalıb.
Etiketlər: vacib, qədər, ibarət, fruktozadan, yaradır, bağırsağa, şəkərin, əngəl, bakteriyaların, Məlum, formalaşmasına, qlükoza, yüksək, saxaroza, regulator, xeyirli, araşdırıb, kolonizasiyası, bakteriyasına, pəhrizin