Avstraliyalı alimlər hər gün müəyyən qədər çay içən insanların qan təzyiqlərinin aşağı düşdüyünü deyirlər.
“Archives of Internal Medicine” bildirir ki, professor Conatan Hocsonun başçılıq etdiyi qrupun tədqiqatı zamanı yaşları 35-75 arasında olan bir dəstə insanın qan təzyiqləri müşahidə altında saxlanıb.
Tədqiqatın davam etdiyi 4 həftədə bu adamların hər birinə gündə 3 fincan çay verilib. 4 həftədən sonra müşahidə altında olan
şəxslərin yarısı çay içməyə davam edib, yarısına isə dad və kofein miqdarı baxımından təbii çaydan fərqlənməyən plasebo verilib.
Təbii çay içənlərdə üç ay sonra “böyük təzyiq” 2,7 mmHg, 6 ay sonra 2 mmHg azalıb. Diastolik təzyiqə gəldikdə isə, 3 ay sonra 2,3 mmHg, 6 ay sonra isə 2,1 mmHg azalma müşahidə olunub.
Etiketlər: sonra, müşahidə, etdiyi, altında, verilib, davam, içməyə, yarısına, kofein, birinə, yarısı, şəxslərin, gündə, miqdarı, həftədən, fincan, baxımından, Diastolik, azalıb, təzyiqə