• Hər mətbəxdə olan xərçəngin 7 düşməni

Reseptin məlumatları Baxış sayı: 2 161

Tarix : 3-02-2019, 14:00

Bölmə : Qidalanma qaydaları


Təbiət insana sağlam olmaq, xəstəliklərin qarşısını almaq üçün saysız vasitələr bəxş edib.

Adi su, meyvələr, tərəvəzlər, ədviyyatlar, otlar bizi bir çox xəstəliklərin inkişafından qoruyur.

Qadınlar çox təəccüblənəcəklər bilsələr ki, hər mətbəxdə güclü xərçəng əleyhinə vasitələr tapmaq mümkündür.

1. Tomat pastası
Likopin maddəsi sayəsində bu məhsul bizi həm xərçəng, həm də ürək-damar sistemi xəstəliklərdən qoruyur.

2. Sarıkök
Son zamanlar dünyada sarıköklə bağlı çoxlu sayda elmi araşdırmalar aparılıb. Bu araşdırmalar sarıkökün çoxsaylı müalicəvi xüsusiyyətlərini aşkar edib. Güclü virus, mikrob və iltihab əleyhinə təsirə malik olan sarıkök həmçinin xərçəng xəstəliklərinin riskini də azaldır.

3. Qara istiot
Bu ədviyyatın da güclü iltihab və xərçəng əleyhinə xüsusiyyətləri var. Mütəxəssislər qara istiotu sarıköklə birlikdə istifadə etməyi tövsiyə edirlər. Bu zaman onların orqanizmə olan müsbət təsiri daha da güclənir.

4. Çay
Bəli, hər gün içdiyimiz adi çay təribində olan katexinlər sayəsində orqanizmə xərçəng əleyhinə təsir edir.

5. Mixək
Bu ədviyyatın tərkibində olan evgenol maddəsi güclü xərçəng əleyhinə təsirə malikdir.

6. Sarımsaq
Sarımsağın tərkibində olan kükürd birləşmələrinin bir çox faydalı xüsusiyyətləri var. Bu birləşmələ o cümlədən orqanizmə xərçəng əleyhinə təsir edir.

7. Göyərti
Antioksidantlarla olduqca zəngin olan tərəvəzlər orqanizmi bir çox xəstəliklərdən və o cümlədən xərçəngdən qoruyur. Qida mütəxəssisləri hər gün təzə göyərti yeməyi tövsiyə edirlər.
Etiketlər: xərçəng, əleyhinə, qoruyur, güclü, orqanizmə, tərkibində, sayəsində, təsirə, xüsusiyyətləri, ədviyyatın, təsir, xəstəliklərdən, edirlər, araşdırmalar, iltihab, sarıköklə, tövsiyə, maddəsi, tərəvəzlər, xəstəliklərin
BİZİ İZLƏYİN