• Uzunömürlülərin məhsulu. Yeyin ki, çox yaşayasınız!

Reseptin məlumatları Baxış sayı: 1 811

Tarix : 1-05-2019, 14:00

Bölmə : Qidalanma qaydaları


Vermont Universiteti (ABŞ) alimləri sübut edirlər ki, acı bibər (çili) bir çox xəstəliklərin riskini azaldır.

Alimlər acı bibəri "uzunömürlülərin məhsulu" adlandırıblar.

Araşdırmanın nəticələri PloS ONE jurnalında dərc olunub.

Mütəxəssislər uzun müddət ərzində bir qrup insanın rasionuna nəzarət edirdi. Nəticədə məlum olub ki, qidalanmasında acı bibər və digər ədviyyatlar olan insanların sağlamlıq göstəriciləri daha yüksək idi. Alimlər sübut edir ki, acı bibəri istehlak edən insanların müxtəlif səbəblərə görə ölüm riski 36% azalır.

Mütəxəssislərin fikrinə görə, bunun səbəbləri çoxdur. Ədviyyatlar və o cümlədən acı bibər metabolizmi sürətləndirir, immun sisteminin fəaliyyətini stimullaşdırır, sərbəst radikalların orqanizmə olan təsirini və iltihabı azaldır. Bütün bunlar isə sağlamlığı yaxşılaşdırır və xroniki xəstəliklərin riskini azaldır.
Etiketlər: azaldır, bibər, riskini, Alimlər, bibəri, xəstəliklərin, insanların, sübut, Ədviyyatlar, çoxdur, cümlədən, metabolizmi, sürətləndirir, səbəbləri, fikrinə, riski, səbəblərə, azalır, Mütəxəssislərin, immun
BİZİ İZLƏYİN