• Ən faydalı 10 tərəvəz - siyahı

Reseptin məlumatları Baxış sayı: 17 561

Tarix : 30-05-2015, 19:00

Bölmə : Qidalanma qaydaları


Amerikalı tədqiqatçılar ən faydalı 10 göyərtinin adını açıqlayıb.Orqanizmdə möcüzə yaradan 10 göyərtinin siyahısını təqdim edir:

1. Yaşıl kələm C vitamini, lif, kalsium və maqnezium anbarıdır.

2. Kahı kalium, dəmir, vitamin və minerallarla doludur. Kahıda B, D, E vitaminləri, natrium, mis, yod, fosfor və sink mineralları da var. Sinəni yumşaldır və öskürəyi kəsir. Həddindən artıq cinsi istəyi nizamlayır. Ana südünü artırır.

3. Cəfəri həzm sisteminə yaxşı təsir edir. C vitamini və dəmir anbarıdır.

4. Zəncirotu kalsium, A vitamini və kalium anbarıdır.

5. İspanaq: A, B2, C və K elementlərini əhatə edir. Maqnezium, manqan, fol turşusu, dəmir, kalsium və kalium anbarıdır.

6. Çuğundur yarpağı antioksidantlarla zəngindir. A vitamini və dəmirdən ibarətdir.

7. Pazı A, K və C vitaminləri ilə boldur, antioksidant xüsusiyyəti sayəsində qocalma prosesini ləngidir.

8. Çin kələmi fol turşusu və kalium anbarıdır. Ürək, böyrəklər, beyin üçün çox əhəmiyyətlidir.

9. Tərə K, C və A vitamini anbarı olduğu üçün ən faydalı tərəvəz seçilib. Sümükləri möhkəmləndirir və toxumaları yaxşılaşdırır.

10. Tərxun insan orqanizmi üçün vacib olan bir çox vitamin və maddələrlə zəngindir. Ona görə də vitamin çatışmazlığı zamanı tərxundan daha çox istifadə etmək lazımdır. Tərxunla damar divarlarındakı problemləri də aradan qaldırmaq mümkündür. Bu bitki qanı da təmizləyir.
Etiketlər: vitamini, anbarıdır, kalium, vitamin, kalsium, dəmir, vitaminləri, zəngindir, faydalı, göyərtinin, turşusu, anbarı, böyrəklər, möhkəmləndirir, Sümükləri, beyin, əhəmiyyətlidir, olduğu, seçilib, tərəvəz
BİZİ İZLƏYİN