• Alçanı duzla yeməyin

Reseptin məlumatları Baxış sayı: 15 239

Tarix : 28-06-2015, 12:00

Bölmə : Qidalanma qaydaları


İsti yay günlərində həm kalorisi az, həm də sərinlədici təsiri olduğundan daha çox yeyilən meyvə alçadır. Az qlisemik indeksli, tərkibindəki vitamin və minerallar sayəsində pəhriz proqramlarında istifadə edilən alça hamilələr üçün də çox faydalıdır. Tərkibində olan potasium ilə idman zamanı yarana biləcək kramplar, dartılmalara faydalıdır.

Kişilərdə yaranan potasium əskikliyində rol oynayır.

Qəbzliyə faydalıdır və sinir sistemini tənzimləyir.

Qansızlığa faydalıdır.

Antioksidan təsiri ilə xərçəngdən qoruyur və dəriyə gözəllik verir.

Dəridə yaranan sızanaq, dəri ləkələri zamanı tövsiyə edilir.

Dərini gəncləşdirir.

Ürək xəstəlikləri, xolesterol və damar tıxanıqlarında alça tövsiyə edilir.

Uşaqların böyüməsində yarana biləcək problemlərin həlli və arıqlama pəhrizlərində yay ayının əvəzedilməz meyvəsidir.

Kişilərdə şəkər ehtiyacı yarananda çiyələk və alçadan ibarət 1 kasa meyvəni yemək bəs edəcək.

Alçanı duzla yeməyin!

Alçanın duzlanaraq yeyilməsi bədəndə su tutulmasına və ödəm yaranmasına, bu da öz növbəsində kilo almağa səbəb olur. Buna görə alçanı duzla yeməyin. Alça qaynadılaraq kompot şəklində içiləndə ana südünün artmasına və qəbzlik probleminin həllinə yardım edir. II tip şəkər xəstələrində şəkərin nizamlanmasında və aşağı salınmasında təsirlidir.
Etiketlər: faydalıdır, yarana, tövsiyə, zamanı, duzla, potasium, edilir, şəkər, yaranan, təsiri, Kişilərdə, biləcək, yeməyin, duzlanaraq, Alçanı, edəcək, Alçanın, ibarət, ayının, əvəzedilməz
BİZİ İZLƏYİN