• Mayanın faydaları və dietdəki yeri

Reseptin məlumatları Baxış sayı: 14 844

Tarix : 1-01-2016, 21:00

Bölmə : Qidalanma qaydaları


Qidalanma uzmanı və dietoloq Banu Topalakçı Salman İmmunitet sistemini gücləndirən mayanın faydaları və diyetdəki yeri haqqında danışdı:

Çörək və xəmir işlərində xam maddə olaraq istifadə olunan mayanın 52 %-i proteindən ibarətdir.Tərkibində 18 fərqli aminoasit vardır. B qrupu viaminləri ilə zəngin olan maya potasyum, maqnezium, çinko və fosfor qaynağıdır.

Yağ, karbohidrat, şəkər və sodadan kasıb olan maya idmançılar, diabet və şəkər xəstəliyi olanlar və diyet saxlayanlar üçün əsl sağlıq mənbəyidir. Mayanın içərisindəki xrom və çinko qan şəkəri və insulin hormonu yaranmasını tənzimləməklə, insulin müalicəsində olduqca xeyirlidir.

Bununla yanaşı, maya orqanizmamıza olduqca pis təsir edən stressə qarşı içindəki B qrupu vitaminlər sayəsində çox güclü bir silah rolunu oynayır. Sinir sisteminin nizamlı və sağlıqlı işləməsini təmin edir. Yorğunluğa və əsəbi hallarımızda bizə çox yaxşı təsir göstərir.

Həkim nəzarəti olmadan özbaşına edilən diyetlərdə çox təəssüf ki, bağırsaqlardakı yararlı bakteriyalar da məhv edilir. Maya belə vəziyyətlərdə yararlı bakteriyaları gücləndirərək balansı qoruyur. Buna görə də diyet zamanı çörək və mayalı xəmirlə hazırlanan qidalardan tamamilə imtina etmək düzgün deyil.
Etiketlər: insulin, şəkər, yararlı, diyet, qrupu, mayanın, təsir, çinko, olduqca, işləməsini, sağlıqlı, təmin, Yorğunluğa, əsəbi, nizamlı, yaxşı, hallarımızda, oynayır, içindəki, vitaminlər
BİZİ İZLƏYİN