• Kişilər üçün ən xeyirli təbii şirələr

Reseptin məlumatları Baxış sayı: 12 724

Tarix : 8-08-2016, 10:00

Bölmə : Qidalanma qaydaları


Sonuncu dəfə təbii şirə nə zaman içmisiniz? Məlum olduğu kimi şirələr insan orqanizminə lazım gələn bir çox vitaminlərlə zəngindirlər, xüsusən də kişilər üçün. Onlar mədəyə ağırlıq vermir və sizi lazımi vitaminlərlə bəsləyir.

Nar şirəsi
Bu şirə potensiyaya olduqca güclü təsir edir. Beləki, nar şirəsi qan damarlarını sakitləşdirərək, onlarda qan dövranını yaxşılaşdırır ki, bu da ereksiyanın uzunmüddətli olmasına səbəb olur. Həmçinin bu şirə A, B1, B2, B6, C və mikroelementlər – dəmir, kaliy, maqniy və fosforla zəngindir. Antioksidantların sayına görə nar şirəsi qırmızı şərabı ötür.

Balqabaq şirəsi
Bu şirə sink ilə zəngindir ki, bu da testosteronun artırılmasına səbəb olur. Prostatın profilaktikası üçün ən çox istifadə edilən şirədir.

Qarpız şirəsi
Olduqca xeyirlidir. Kompleks xeyirli maddələri özündə saxlayan bu şirə susuzluğu aradan qaldırmaqla savayı, xroniki xəstəliklərdə də istifadə olunur. Bir stəkan qarpız şirəsində zülallar, yağlar, karbohidratlar və təmiz su olmaqdadır. Vitamin və mineralları da unutmaq lazım deyil.

Kərəviz şirəsi
Xüsusən xeyirlidir. Bu şirədə androtestoseronlar var ki, sonradan onlar testosterona çevrilirlər. Bu şirəni potensiyanın artırılması ilə savayı, mədə-bağırsaq traktının və sidik daşlarının müalicəsində istifadə edirlər.

Qeyd edək ki, təzə sıxılmış şirələri yeməkdən bir saat öncə içmək lazımdır. Yeməklə eyni zamanda qəbul olunan zaman onların xeyiri minimuma enir. Marketlərdə satılan təbii şirələrdə çoxlu konservantların olmasını nəzərə alaraq, şirələrin evdə hazırlanması daha məsləhətlidir.
Etiketlər: şirəsi, istifadə, təbii, xeyirlidir, zəngindir, zaman, lazım, vitaminlərlə, səbəb, savayı, şirədə, Xüsusən, deyil, androtestoseronlar, Kərəviz, sonradan, çevrilirlər, onlar, şirəni, potensiyanın
BİZİ İZLƏYİN