• Gündəlik qidalanma

Reseptin məlumatları Baxış sayı: 13 730

Tarix : 12-08-2016, 19:00

Bölmə : Qidalanma qaydaları


Düzgün qidalanma – orqanizmə bütün karbonhidratların (CHO), zülalların, yağların, vitamin və mineralların, hətta mayenin yetərli miqdarda vəhdət bir şəkildə qəbul edilməsidir.

Qidalanmanın düzgün olması və sizə xeyir verməsi üçün bir neçə qızıl qaydaya riayət etmək vacibdir:

* Qidanı dəqiq müəyyən edilmiş vaxtlarda qəbul edin.
* Qidanı minimal qəbul etməklə qənaətlənin.
* Qidanı yaxşıca çeynəyin.

Yeməyə maye ilə başlamaq lazımdır (su, təbii şirə və ya kompot). Meyvə və tərəvəz də yemək olar. Belə başlanğıc sayəsində mədə artıq selikdən azad olur, mədəaltı vəzi işləməyə başlayır və iştahı bir az aşağı salır.

Sonra çörək və qarnir olmadan ət, balıq, quş və ya digər zülallı qida (göbələk, qoz-fındıq, süd məhsulları, pendir, yumurta və s.) qəbul olunmalıdır. Zülal təzə tərəvəz, göyərti, xiyar, pomidor, salatla yaxşı uyğunlaşır. Sonra qarnir çörəklə yeyilir. Yeməkdən saat yarım sonra şiriniyyat və içkilər qəbul etmək olar.

Qidalanma necə olmalıdır?
Qidalanma imkan daxilində təbii olmalıdır. Bu o deməkdir ki, məhsulların tərkibində müxtəlif dad və boya qatışığı olan kimyəvi maddələr olmamalıdır. Fiziki-kimyəvi proseslər (duzlanma, turşuya qoyma, hisə vermə və s.) məhsulları denaturallaşdırır. İsti və ya çox soyudulmuş yeməyi qəbul etmək olmaz. Qidanın tempuraturu ilıq olmalıdır. Yeməkdən sonra hərəkət maddələr mübadiləsinə kömək edir. Yeməkdən yalnız 1,5 saat sonra idmanla məşğul olmaq olar. Yeyib dərhal məşq etmək beyinə qan getməsinin qarşısını alır və testestron səviyyəsinin aşağı düşməsinə səbəb olur.

Səhər yemeyi mütləq və mütləq yeyilməlidir. Niyə? Çünki axşam yatdığımız müddətdə orqanizmimiz 7-8 saat ac qalır və biz səhər qidalanmasını etmədikdə bədənimizdə olan vitamin, enerji ehtiyatı tükənir və orqanizmdə metabolizm səviyyəsi aşağı düşüşməsinə səbəb olur, bu da öz növbəsində bədənimizin zəifləməsinə gətirib çıxardır. Nahar yeməyi də yaxşı yeyilməlidir.

Axşam yeməyi az yeyilməli – yüngül-az kalorili qidalar yeyilməlidir. Çünki axşam yeməyndən sonra yatdığımızdan bədənimiz yeyilən qidani tam həzm edə bilmir və bu qidalar artıq yağlara çevrilir, piylənməyə səbəb olur. Ona görə də qidalanmanıza və qidalanma saatlarina hökmən önəm verin.
Etiketlər: qəbul, etmək, sonra, Qidanı, yeyilməlidir, aşağı, Yeməkdən, səbəb, yeməyi, olmalıdır, tərəvəz, məhsulları, qidalar, vitamin, təbii, yaxşı, Sonra, artıq, Qidalanma, qarnir
BİZİ İZLƏYİN