• Sağlamlığa zərərli restoran yeməkləri

Reseptin məlumatları Baxış sayı: 13 146

Tarix : 19-01-2017, 10:00

Bölmə : Qidalanma qaydaları


İnfarktın siqaret çəkmək, hərəkətsizlik, yüksək kalorili bəslənmə kimi bir çox səbəbləri ola bilər. Ürək sağlamlığı üçün həyat tərzinizdə edəcəyiniz dəyişikliklərin yanında aşağıdakı qidalardan da uzaq durmalısınız.

Restoran qəlyanaltıları
Köhnədən qəlyanaltı deyincə ağla salat, ya da şorba gələrkən, indi restoranlar qəlyanaltı olaraq kartof qızartmaları, pendir qızartmaları kimi yağ nisbəti son dərəcə yüksək qidalar təklif edir. Məsələn, 6 toyuq qanadında təxminən 1000 kalori və artıqdan 50 qram yağ var. Qəlyanaltı olaraq kremsiz şorba, ya da sirkə qatılmış bir salat ən ideal seçimdir.

Restoranlarda təqdim edilən sağlam variantlar
Çaşdırıcı olsa da, infarkta səbəb olan yeməklər arasında bunlar da var. Zərərli qidaların bir çoxu, ümumiyyətlə, alternativlərindən daha sağlamdır. Bu siyahının başında da salatlar durur. Məsələn, qızartma bifşteksli Sezar salatının kalorisi haradasa 1300-dür. Restoranlarda yediyiniz salatlar ümumiyyətlə, yağlı və duzlu olurlar. Zərərli yeməklərin yanında sağlam kimi dayanan variantlara qarşı da diqqətli olmalısınız.

Çin yeməyi
Çin restoranlarında təqdim edilən qidaların bir çoxu əslində infarkta “dəvətnamə” çıxarır. Məsələn, bol, ya da qızarmış souslu əriştə açı turş şorba kimi variantlarda yağ nisbəti və kalori çox yüksəkdir. Çin yeməklərində istifadə edilən tərəvəzlərin çox sağlam olduğu mövzusunda məşhur bir inanc vardır.

Supermarketlərdən alınan hazır yeməklər
Aldığınız hazır yeməklər də fast food qədər təhlükəlidir. Hazır salat souslarının və donmuş hazır yeməklərin həm kaloriləri yüksəkdir, həm də ürəyiniz üçün təhlükəlidir.
Etiketlər: Məsələn, şorba, edilən, sağlam, hazır, salat, yeməklər, Restoranlarda, təqdim, kalori, yüksək, qızartmaları, nisbəti, infarkta, Zərərli, yüksəkdir, təhlükəlidir, yeməklərin, salatlar, ümumiyyətlə
BİZİ İZLƏYİN