• Səhər yeməyi yeməyənlərə ÖLÜM TƏHLÜKƏSİ

Reseptin məlumatları Baxış sayı: 14 495

Tarix : 21-01-2017, 11:00

Bölmə : Qidalanma qaydaları


İnsan üçün gün ərzində qəbul etdiyi qidalar arasında ən vacib olanı səhər yeməyidir. Orqanizmi müntəzəm olaraq səhər yeməyindən məhrum etməklə insan əslində sağlamlığı ilə bağlı ciddi risk edir.

Bu barədə avstraliyalı mütəxəssislər məlumat verib.

Səhərlər sıyıq, yumurta, pendir-çörək kimi qidaların qəbul edilməməsi ürək-damar xəstəlikləri və maddələr mübadiləsinin pozulması riskini artırır, piylənmə və diabetə yol açır. Bütün bu patologiyalar vaxtsız ölümlərin əsas səbəbləri siyahısına daxildir.
Tasmaniya universitetinin mütəxəssisləri ilk dəfə səhər yeməyi yeməməyin uzunmüddətli təsiri üzərində araşdırma aparıblar.

Elmi işin müəlliflərindən biri olan Kayli Smitin fikrincə səhər yeməyi artıq çəki ilə ən mühüm mübarizə üsuludur: "Biz sübut etdik ki, səhər yeməyi ürəyin və endoktrin sisteminin düzgün işləməsi üçün son dərəcə vacibdir. (Xüsusilə insulin istehsalı və xolestrinin düzgün mübadiləsi üçün). Özü də bu, bədənin çəkisindən və piyin miqdarından asılı deyil.”

Universitet tərəfindən aparılan araşdırmada on mindən artıq avstraliyalı iştirak edib. Onların təxminən 2000 nəfərinin mütəmadi olaraq səhər yeməyi yemədikləri ortaya çıxıb. 20 illik müşahidə ərzində onların əksəriyyətində patoloji əlamətlər görünməyə başlayıb. Bu əlamətləri həkimlər məhz qida rejiminin pozulması ilə əlaqələndiriblər.

Avstraliyanın Qida Komitəsinin göstəricilərinə görə, ölkə əhalisinin ən azı 23%-i hər gün səhər yeməyi yemir.
Etiketlər: səhər, yeməyi, olaraq, düzgün, avstraliyalı, pozulması, qəbul, ərzində, artıq, mübadiləsi, xolestrinin, istehsalı, bədənin, miqdarından, deyil, Universitet, asılı, insulin, piyin, çəkisindən
BİZİ İZLƏYİN