• SOS: İsti yemək və kabab xərçəngə yaradır

Reseptin məlumatları Baxış sayı: 12 103

Tarix : 21-01-2017, 15:00

Bölmə : Qidalanma qaydaları


Yeməkləri isitmədən yemək, çayı soyuq şəkildə içmək ürəyimizcə olmur. “Soyuq çayın yerinə su içərdik” - deyirik. Ancaq soyuq çayda da bir xeyir var. Sən demə, isti yemək və içki qida borusu xərçənginə yol açır.

İnsanlar qidalanmanı nə qədər nəzarətdə saxlamağa çalışsalar da, isti-isti yemək yemək və çay içmək onların səhhətində problem yaradır.

Düzgün bişirilməyən kabablar
Yalnız həddən çox isti yemək və içkilər deyil, həm də bəzi yeməklərin anormal bişirilməsi də qida borusu xərçənginə yol açır. Anormal bişirilmə dedikdə hisə verilən ət və balıqlar, düzgün şəkildə bişirilməyən kabablar yada düşür. Kabab bişirərkən kömür tam şəkildə yanmalı, tüstü və his tamamən yox olmalıdır, ət kömürdən 8-10 sm uzaqda bişirilməlidir. Manqal yana-yana bişirsəniz, ətin üstü bişib içi çiy qalacaq. Ətin üstünün yanması protein ehtiyatının pozulmasına səbəb olar. Belə ət qida borusunun divarında xərçəng yaradır.

Mütəxəssislər bir növ qidayla qidalanmağın da düzgün olmadığı qənaətindədir. Yəni "nə otçu, nə də ətçi" olmalıyıq. Protein, yağ və karbohidratla zəngin qidalar vaxtı-vaxtında qəbul edilməlidir.
Etiketlər: yemək, şəkildə, bişirilməyən, kabablar, borusu, xərçənginə, düzgün, yaradır, soyuq, içmək, bişib, qalacaq, yanması, protein, üstünün, uzaqda, tamamən, tüstü, yanmalı, kömür
BİZİ İZLƏYİN