Çox bişmiş yaddaşı məhv edir
Ətin çiy qalması ziyandır. Sağlam qidalanmaq üçün əti çox bişirmək lazımdır. Sağlamlığımızı düşünüb, uzun müddət bişirdiyiniz ətdəki təhlükələrdən xəbəriniz yoxdur.
Çox bişmiş ətin insanlarda yaddaşı zəiflətdiyi aşkarlanıb. ABŞ-da aparılan bir araşdırma nəticəsində çox bişirilən ətin tərkibində yaranan qlikasyon elementlərin yaşlanmağı sürətləndirdiyi və unutqanlığa səbəb olduğu ortaya çıxıb.
Araşdırıcılar qızartma, qril, dönər, qovurma və konservləşdirilən qidalarda şəkərin proteinlə reaksiyası nəticəsində qlikasyon elementlərinin yarandığını bildiriblər.
Mütəxəssislər qlikasyonun unutqanlıq, beyin, ürək, böyrək və yaşla bağlı digər xəstəliklərə səbəb olduğunu bildirir.
Etiketlər: nəticəsində, bişmiş, qlikasyon, yaddaşı, səbəb, konservləşdirilən, qidalarda, şəkərin, proteinlə, qovurma, dönər, çıxıb, Araşdırıcılar, reaksiyası, qızartma, ortaya, elementlərinin, bağlı, yaşla, digər