• Qidaları harada, necə saxlayaq? - MƏSLƏHƏT

Reseptin məlumatları Baxış sayı: 12 252

Tarix : 23-01-2017, 19:00

Bölmə : Qidalanma qaydaları


Qidaları harada, necə saxlamaq məsələsi həmişə mübahisə doğurur. Məsələn, çörəyi soyuducuda, yoxsa çörək qutusunda saxlamalıyıq? Pomidoru soyuducuya, yoxsa mətbəx şkafına qoymalıyıq?
Soyuducuya qoyduqdan sonra istifadə edilməsi çətin olan kəra yağını harada saxlayaq bəs?
Araşdırmaçılar kərə yağını qutusundan çıxarmadan soyuducuya qoymağı və istifadə etmədən 10-15 dəqiqə əvvəl bayıra çıxarmağı məsləhət görür. Kərə yağı süddən hazırlandığı üçün uzun müddət kənarda saxlansa, korlanar. Duzlu kərə yağının korlanması çətindir. Çünki duz korlanma nisbətini azaldır və yağı korlayan bakteriyaları uzaqlaşdırır.

Bəzi qidaları isə soyuducuya qoymaq qətiyyən olmaz. Bunlar hansı qidalardır?

Pomidor soyuducuda bütün dadını itirər. Pomidoru şkafda, səbətdə, ya da kasada saxlaya bilərsiz.
Soyuducuya qoyulan reyhan tez solar və ətrafındakı yeməklərə öz qoxusunu buraxar. Ən yaxşısı, onu ev çiçəkləri kimi kənarda su dolu qabda saxlamaqdır. Uzun müddətli saxlamaq istəyirsinizsə, qurudub saxlayın.
Kartofu soyuducuda saxlamaq nişastanı şəkərə çevirər və nəticədə şirin kartof olar. Kartofu kağız torbaya qoyub, çox soyuq olmayan, qaranlıq yerdə saxlayın. Kağız torba kartofun tez çürüməsinin qarşısını alar.
Əgər soğanı soyuducuya qoysanız, bu, onu kifləndirəcək və yumşaq hala gətirəcək. Soğanlarınızı sərin və quru yerdə saxlayın. Yaşıl soğanın tərkibində su olduğu üçün soyuducuda saxlaya bilərsiniz. Soğan və kartofu ayrı yerlərdə saxlayın. Bir torbada saxlamaq hər ikisinin də tez korlanmasına səbəb olar.
Avakadolarınızın böyüməsini istəyirsinizsə, soyuducuya qoymayın. Əgər aldığınız tam böyümüş avakadonu alan kimi yeməyəcəksinizsə, soyuducuya qoya bilərsiniz.
Soyuducuda saxlanan sarımsaq tez zamanda elastikləşib kiflənəcək. Quru və sərin yerdə saxlayın.
Soyuducu çörəyinizi tez qurudacaq. Buna görə çörəyi çörək qutusunda, qalan çörəyi dondurucuda saxlaya bilərsiz. Buzluqdakı çörək paketə qoyulmalıdı ki, nəmlənməsin. Dondurucudan çıxarandan sonra, çörəyi yemədən əvvəl donunun açılmasını gözləyin.
Zeytun yağını da soyuducudan uzaq tutun. Soyuducuda saxlanan zeytun yağı daha da qatı yağ halına gələr.
Soyuducuya qoyduğunuz qəhvə bütün dadını itirər və soyuducudakı digər qoxuları özünə çəkər. Sərin, quru və qaranlıq yerdə saxlayın.
Balı soyuducuda saxlamağa ehtiyac yoxdur. Ağzını möhkəm bağlayıb kənarda saxlaya bilərsiniz. Soyuducuda saxlamaq balın xarramasına və qatılaşmasına səbəb olar.
Etiketlər: soyuducuya, saxlayın, soyuducuda, saxlamaq, çörəyi, yerdə, saxlaya, yağını, Soyuducuya, bilərsiniz, çörək, Soyuducuda, kənarda, sonra, saxlanan, istifadə, əvvəl, sərin, istəyirsinizsə, Kartofu
BİZİ İZLƏYİN