• Şokolad çox faydalıdır

Reseptin məlumatları Baxış sayı: 11 784

Tarix : 5-02-2017, 15:00

Bölmə : Qidalanma qaydaları


Bu dadlı şirniyyata görə biz Xristofor Kolumba borcluyuq. Vaxtılə məhşur səyyah onu Meksikadan Avropaya gətirib. Əvvəllər şokolaqı duru vəziyyətdə qəbul edirdilər.
Daha sonra ondan müxtəlif şirniyyatları istehsal etməyə başladılar.
Bir çox insanların fikirincə şokoladın ziyanı onun xeyirindən daha çoxdur. Lakin bu yanlış fikirdir. Yaxşı və keyfiyyətli şokolad (söhbət ilk növbədə şokolad plitkalarından gedir) insana yalnız xeyir gətirə bilər. Ucuz və keyfiyyətsiz saxta şokolad isə tək xeyirsiz yoz, hətta ziyanlıdır. Təəssüf ki, hal hazırda dükanlarda daha tez-tez hallarda məhz saxta şokoladla rastlaşmaq olur. Diqqətli olun və şokolad plitkalarının bağlamalarını oxuyun.
Yaxşı şokolad dedikdə, biz təbii şokoladı nəzərdə tuturuq. Onun tərkibində təbii kakao və kakao yağı var (palma, bitki və s. yağlar yox!). Yaxşı şokolad kifayyət qədər bahalı məhsuldur və bu səbəbdən ucuz şokolad sizdə şübhə yaradmalıdır. Ən faydalı şokolad növü acı şokoladdır. Bu şokoladın tərkibində şəkər azdır, lakin kakao çoxdur.
Gün ərzində böyüklər təxminən 40-50 qr şokolad (daha şirin şokolad növlərini daha az miqdarda), uşaqlar isə (kişik yaşlı uşaqlara vermək olmaz!) bir neçə dilim şokolad qəbul edə bilərlər. Daha çox miqdarlarda qəbul edildikdə, şokolad insanın səhhətinə ziyan gətirə bilər.
Şokolad kalsium, kalium, maqnezium, fosfor, ftor, natrium, dəmir kimi mikroelementlər, karbohidratlar, əvəzsiz yağlı turşular, antioksidantlar, aromatik ymaddələr və s. faydalı maddələrlə zəngindir.
İlk növbədə demək lazımdır ki, şokolad ürək üçün çox xeyirlidir - ürəyin funksiyalarını yaxşılaşdırır, qan dövranına müsbət təsir edir, trombların əmələ gəlməsinin qarşısını alır, arterial təzyigini normallaşdırır. Bu səbəbdən ürək xəstəlikləri olan insanlar onu öz pəhrizinə daxil etməlidir.
Şokolad sinin sistemini stimullaşdırır. Əqli fəaliyyəti ilə məşhul olan insanlara bu məhsul olduqca böyük xeyir gətirə bilər. Şokolad yaddaşı yaxşılaşdırır, stres və depressiyadan çıxmağa kömək edir. Stres vəziyyətə düşdükdə bir neçə şokolad tikəsini yeyin. Çox az bir müddətdən sonra siz özünüzü daha rahat hiss edəcəksiniz.
Bəzən biz şokoladın dişlər üçün çox ziyanlı olduğundan eşidirik. Lakin bu tam doğru deyil. Karamel və digər bu kimi şirniyyatlarla müqayisədə şokolad bizim dişlərimiz üçün qat-qat təhlükəsizdir.
Şokolad insanın əhvar-ruhiyyəsini yaxşılaşdırır, onun əmək qabiliyyətini yüksəldir.
Bir çox insanlar belə hesab edirlər ki, şokolad asılılıq yaradır. Lakin bu asılılığın formalaşması üçün insan hər gün onlarla şokolad plitkaları yeməlidir. Bu isə, təbii ki, mümkün deyil.
Şokolad bizim sümüklərimiz üçün də xeyirlidir.
Şokolad allergiyaya səbəb ola bilər ki, allergiyalara meylli olan insanlar bu məhsuldan imtina etməlidir.
Şokolad kosmetologiyada çox geniş istifadə olunur. Şokolad dərini daha yumşaq, zərif və cavan edir. Şokoladla olan bürünmələr sellülitlə mübarizədə istifadə olunur.
Etiketlər: şokolad, Şokolad, bilər, insanlar, şokoladın, Lakin, gətirə, kakao, təbii, qəbul, Yaxşı, yaxşılaşdırır, deyil, insanın, bizim, səbəbdən, çoxdur, etməlidir, növbədə, faydalı
BİZİ İZLƏYİN