Pomidor şirəsi, pomidorlardan hazırlanan, möhkəmləndirici və sərinləndirici içki sayılır.
Tərkibində olan xeyirli maddələr orqanizmə müsbət təsir göstərir. Fitonsidlər - bağırsaqda olan qıcqırma prosesini sakitləşdirir, kaliy - ürəyin işini yaxşılaşdırır, orqanik turşular isə maddələr mübadiləsini tənzimləyir.
Tərkibinə C, B vitaminləri, karotin olan bu məhsulu hamiya tövsiyə etmək olar. O, ürək - damar sistemi xəstəliklərinə müsbət təsir göstərir və qəbizliyin aradan qaldırılmasına kömək edir. Azkalorili olduğu üçün artıq çəkili insanlara da icazə verilir.
2 stəkan pomidor şirəsi, orqanizm üçün C və A vitaminlərinə olan gündəlik tələbatı ödəyir. Həmçinin hipertonik xəstəliklərdə də məsləhət görülür.
Bu şirəni yeməkdən 20-30 dəqiqə əvvəl içmək lazımdır, çünki o, mədə və bağırsağın həzm hazırlığını gücləndirir. Şirəyə duz əlavə edildikdə müalicəvi xüsusiyyətləri azalır. Bunun əvəzinə əzilmiş sarımsaq və ya göyərti (şüyüd, petruşka) əlavə etməniz məsləhətdir.
Vitaminlər, duz və mikroelementlərlə zəngin olan bu içki, hüceyrələri zədələnmədən qoruyur, birləşdirici hüceyrələrin yaranmasını stimullaşdırır, hormonların sintezini gücləndiri və sinir sisteminin fəaliyyətini bərpa edir.
Yalnız unutmayın ki, kəskin qastrit, mədə yarası xəstəlikləri, pankreatit və xoletistit kimi xəstəlikləri olan insanlar üçün qadağandır.
Zəhərlənmə hallarında da qəti qadağan sayılıb, hətta zəhərlənməni daha da gücləndirməsi söylənilir.
Etiketlər: müsbət, təsir, göstərir, xəstəlikləri, əlavə, maddələr, şirəsi, petruşka, etməniz, şüyüd, göyərti, sarımsaq, qoruyur, zədələnmədən, məsləhətdir, Vitaminlər, əzilmiş, zəngin, hüceyrələri, mikroelementlərlə