• Kakao antioksidantlarla zəngindir

Reseptin məlumatları Baxış sayı: 11 214

Tarix : 11-02-2017, 11:00

Bölmə : Qidalanma qaydaları


Nyu-Yorkun Kornel Universitetinin alimlərinin idiasına görə, insan, gündəlik kakao içdikdə, insult və infarktın inkişaf təhlükəsinə az məruz qalır.
Alimlər təyin ediblər ki, kakaonun tərkibində olan aktiv maddələr, arterial damarların təbii yolla genişlənməsinə kömək edir, bununla da qan təzyiqinin azalmasına səbəb olur. Bundan əlavə kakaonun tərkibində çoxlu sayda antioksidantlar vardır ki, xərçəngin yaranmasına səbəb olan qanın tərkibindəki molekulları məhv edir.
Kakaoyla bərabər, mütəxəssislər, qırmızı çaxır və yaşıl çayın antioksidant xüsusiyyətlərini yoxlamışlar. Nəticəyə görə, kakao, antioksidant konsentrasiyası və keyfiyyəti üzrə onlardan üstün sayılır. Məsələn: 1 fincan kakaoda olan antioksidantların miqdarı, 3 fincan yaşıl çayda olan antioksidantların miqdarından daha çoxdur.
Kakaonun bir xüsusiyyəti də vardır ki, o, qısa zaman ərzində orqanizm tərəfindən çox yaxşı mənimsənilir. Buna görə, həzmlə, aktiv inqredientlər demək olar ki toxunulmamış qalırlar.
Etiketlər: antioksidant, tərkibində, kakaonun, fincan, səbəb, vardır, kakao, antioksidantların, aktiv, yaşıl, onlardan, Məsələn, sayılır, keyfiyyəti, üstün, yoxlamışlar, qırmızı, mütəxəssislər, bərabər, çaxır
BİZİ İZLƏYİN