• Çörək haqqında faydalı məlumatlar

Reseptin məlumatları Baxış sayı: 12 987

Tarix : 22-11-2016, 11:00

Bölmə : Qidalanma qaydaları


Kəpək çörəyi, kəpəyi ayrılmamış un ilə hazırlanan çörək deməkdir. Kəpək çörəyi deyildiyində ilk ağla gələn zəifləmə. Ümumiyyətlə
pəhriz siyahılarında adını eşitdiyimiz kəpək çörəyinin əslində çox faydaları vardır. Hətta kəpək çörəyinin xərçəngi önləyici faydası belə vardır. Mütəxəssislər yalnız kilo vermək istəyənlərin deyil hər kəsin kəpək çörəyi yeməsi lazım olduğunu vurğulayır. Kəpək çörəyinin zəifləməkdəki rolu həmişə səhvdir. Kəpəkli çörəyin daha az kalori ehtiva etdiyi zənn edilir. Halbuki kəpək çörəyi ilə ağ undan edilən çörək kalorisi arasında çoxda fərq yoxdur. Zəifləmə pəhriz siyahılarında həmişə kəpək çörəyinin tövsiyə edilməsinin səbəbi isə kəpək çörəyinin iştahı kəsməsi və bağırsaqları işlətməsi sayəsində kilo verməyə köməkçi bir qidadır. Gələk kəpək çörəyinin digər faydalarına:
Kəpəkli çörək bağırsaqları işlətmə xüsusiyyətindən ötəri, bağırsaq xərçənginə tutulma ehtimalını yüzdə 50 nisbətində azaldır.

Öd kisəsində daş meydana gəlməsi ehtimalını da azaldır. Çünki, kəpək çörəyi; ağ çörək, çovdar çörəyi və qarğıdalı çörəyi kimi digər çörək növlərində olan bütün vitamin və mineralları daxildir.

Qəbizliyin qarşısını alan, kəpəkli çörək, iştahı kəsir kilo verməyə köməkçi olar. Asan həzm edilər.

Maddələr mübadiləsinin işini sürətləndirdiyi üçün, həzmlə əlaqədar narahatlıqlara və qəbizliyə da birə-bir həldir. Bağırsaqların işini təmin etdiyi kimi, bağırsaq xərçəngini və hemoroit meydana gəlməsini də mane olar.

Kəpək çörəyi; östrojenin (qadınlıq hormonu) dövranını da azaldır. Bu da qadınlarda, döş və uşaqlıq xərçəngini qarşısını alan bir səbəb təşkil edir.
Şəkər xəstələrinin və kilo problemi olan kəslərin rejim siyahılarının başında olmalıdır.

Ürək və qan dövranı xəstəliklərinə yaxşı gəlir. Qida dəyəri yüksək olan bir qidadır.

Ümumiyyətlə kəpəyi ayrılmış ağ undan hazırlanan çörək sevilir. Halbuki, kəpəkli çörək həm bol miqdarda vitamin ehtiva edir həm də həzm yollarını rahatlaşdırır. Kəpəkli çörək, yalnız kilo problemi və ya şəkər xəstəliyi kimi narahatlıqları olanlar üçün deyil, bir sağlamlıq problemi olmayan bütün insanlar üçün faydalıdır. Buğda, sağlamlıq baxımından faydalı olan B2 və B6 vitaminləri ilə , foli turşusu, dəmir və sink ehtiva edir. Bu səbəblə qansızlıq etməz. Bu maddələrin daha çox sıxlaşdığı qisim olan buğdanın xarici qabığı, un istehsalı zamanı ayrilir və buna görə çörəyin qida dəyəri düşür. Bu səbəblə, ağ çörək yerinə kəpəkli çörəyin seçilməsi daha sağlamdır.

Çörəyin üzərində kif varsa, belə çörəyi yemək olmaz. Bəzən insanlar üzərində kif olan tikəni kəsib qalan çörəyi yeyirlər. Bu qəti şəkildə yolverilməzdir. Kif göbələyin sporları gözlə görünmür və insan bilmədən bu sporları olan tikəni yeyə bilər. Kif göbələyi çox ziyanlıdır və nəinki qida zəhərlənmələrinin, hətta ağır qan və ağ ciyər xəstəliklərinin inkişafına səbəb ola bilər.
Etiketlər: çörək, çörəyi, kəpək, çörəyinin, Kəpək, ehtiva, çörəyin, Kəpəkli, kəpəkli, azaldır, problemi, iştahı, verməyə, qidadır, üzərində, köməkçi, Halbuki, dəyəri, işini, etdiyi
BİZİ İZLƏYİN