• Göyərtilərin faydası

Reseptin məlumatları Baxış sayı: 13 308

Tarix : 24-11-2016, 19:00

Bölmə : Qidalanma qaydaları


Vəzəri - vəzərinin bitkisinin tərkibində orqanizm üçün lazım olan faydalı maddələr olduğundan ona sağlamlıq göyərtisi adı vermişlər. Onun mikrob əleyhinə təsiri məlumdur. Vəzəri bağırsaqların fəaliyyətinin, tənəffüs sisteminin tənzimlənməsində xeyirlidir. O, orqanizmdən zərərli maddələri çıxarır, bədənə sərinlik gətirir. Vəzərinin sidikqovucu, tərqovucu təsiri də məlumdur. Bu göyərtini şəkərli diabet xəstələrinə yeməyi məsləhət görürlər.

İspanaq - ispanağın tərkibi fol turşusu ilə zəngin olduğundan qanyaranmaya təsir göstərir, anemiyada və hamilə qadınlara qəbul etmək tövsiyə edilir. İspanağı zeytun yağı ilə işlətmək uşaqların inkişafına müsbət təsir göstərir.

Yarpız- yarpızın mikrob əleyhinə təsiri məlumdur. Tərqovucu, ürəkdulanmaya qarşı təsir göstərir. Mədə və sinə üçün faydalıdır. Yarpız olan yerə ilan gəlmir.

Keşniş - keşnişin tərkibində çox xeyirli maddələr vardır. Onun özünəməxsus xüsusiyyətlərindən biri də sinir sistemini sakitləndirici təsiridir. O, mədənin fəaliyyətini gücləndirir, başağrısı, ürəkdöyünmə zamanı istifadə edilir. Lakin keşnişi həddən artıq qəbul etdikdə o, yuxugətirici təsir edir, yaddaşı zəiflədir.

Kəvər - kəvərin tərkibində olan xərçəng xəstəliyinə qarşı təsir göstərən faydalı maddələr var. Sidikqovucu xassəyə malikdir, zökəm, öskürək, ağciyər və bronxların iltihabı zamanı məsləhət görülür. Lakin çox yemək gözə ziyandır.

Kərəviz - kərəvizin böyrəkləri və sidik kisəsini təmizləyir, sidikqovucu xassəyə malikdir, böyrəklərin və sidik kisəsinin iltihabı zamanı işlədilir. Kərəvizin cövhəri damarları genişləndirir, yarpağının qaynadılmış suyu səsi açır, toxumları isə iştahı artırır.

Reyhan - reyhanın yuxugətirici, ürək döyünməni azaldıcı, dezinfeksiya edici xassələrə malikdir. Şirəsinə şəkər qatıb işlətmək təngnəfəslik və sinə ağrıları zamanı işlətmək faydalıdır. Onu çeynəmək ağız qoxusunu, iyləmək isə baş ağrısını aparır.

Tərxun - tərxunun mikroblara qarşı xüsusiyyətlərinə görə, keçmişdə vəba və taun xəstəliklərinin yayılmasına qarşı işlədilirdi. Onu ağız boşluğu xəstəlikləri və ağızdan xoşagəlməz qoxu gəldiyi zamanı çeynəmək məsləhət görülür.

Cəfəri - Üzünüzdəki bu ləkələr qaraciyərın funksiyasını tam olaraq yaxşı icra etmədiyinə işarə ola bilər. Cəfəri isə böyrək və qaraciyərdəki toksinlərin atılmasına çox kömək edir.
Cəfəri immuniteti gücləndirən A və C vitamin tərkiblidir. Güclü bir antioksidantdır. Tərkibindəki C vitamini ilə dərini ağartmaqla yanaşı kollagen təsiri oyadaraq üzdəki yara və ləkələri yox edir.
Son dərəcə ləzzətli və faydalı bitki olan cəfərini hər mövsüm tapa bilərsiz. Bir dəstə cəfəri gündəlik C vitamin ehtiyacının çoxunu qarşılayır. Tərkibində kalsium, potasium, kükürd, maqnezium, klorin, A və K vitaminləri var.
30 gün boyunca gündə iki dəfə, səhər və axşam yeməyindən əvvəl 1 stəkan cəfəri çayı içə bilərsiz. Düz yarpaqlı cəfəri qıvrım yarpaqlı cəfəriyə nisbətən daha acı və gözəl qoxulu olur.
Etiketlər: təsir, zamanı, qarşı, təsiri, işlətmək, tərkibində, göstərir, məsləhət, cəfəri, Cəfəri, məlumdur, faydalı, maddələr, malikdir, qəbul, edilir, sidik, iltihabı, bilərsiz, çeynəmək
BİZİ İZLƏYİN