• Südün növlərinə görə faydalı məlumatlar

Reseptin məlumatları Baxış sayı: 12 996

Tarix : 26-11-2016, 15:00

Bölmə : Qidalanma qaydaları


Süd qida məhsulu kimi çox əhəmiyyətlidir. İnək, qoyun, keçi südü qida kimi, o biri südlər isə müalicəvi baxımdan maraq doğurur.

Südün keyfiyyəti heyvanın yediyi otlardan asılıdır: əgər heyvan istilik gətirən bitkilərlə qidalanarsa, onda onun südü bədənə istilik, soyuqluq verən bitkilərlə qidalanarsa, soyuqluq verir.
Süd təzə halda daha münasibdir, qaldıqda öz keyfiyyətini itirir. Qadınlar doğuma yaxın və doğumdan sonra 40 gün ərzində süd qəbul etməsə yaxşıdır. İsti iqlimi olan yerlərdə zəif mədəsi olanların çox süd içməsi ziyandır.

Ana südü: Boğazı yumşaltmaq üçün faydalıdır. Vərəm, sinə quruluğu, öskürək üçün münasib sayılır.

İnək südü:Mülayimdir, yağlılığı çoxdur. İnək südü insan üçün olduqca münasibdir. Təzə inək südünü soyumamış içmək kökəldir, cinsi fəaliyyəti gücləndirir, tez həzm olunur, bədən tərəfindən çox məsrəf olunur, üzü yaxşılaşdırır, bədəni qüvvətləndirir. Əsəb zəifliyi, baş ağrısı, ürək döyüntüsü, hamiləlik zamanı münasib sayılmır, çox işlətdikdə böyrəkdə daş yarada bilər.

Qoyun südü: Yağlılığı və pendir çıxımı çoxdur. İnək südünə nisbətən qəlizdir. Ağciyər, bağırsaq yarası üçün münasibdir.

Keçi südü: Soyuqluğu, rütubəti çoxdur. Boğaz üçün münasibdir, çox hallarda inək südünü əvəz edə bilir.

At südü: Nisbətən istiliyi çoxdur, iştah gətirir. Sidikqovucu təsirə malikdir, sidik yolları üçün münasibdir.

Uzunqulaq südü: Rütubəti çoxdur, soyuqdur. Vərəm, arıqlıq, istiliklə müşaiyət olunan öskürək, nəfəs tutlması, öd iltihabı, sidik kisəsi ağrısı, bağırsaq yarası kimi hallara münasibdir.
Etiketlər: münasibdir, çoxdur, qidalanarsa, istilik, münasib, öskürək, Vərəm, bağırsaq, yarası, olunur, sidik, soyuqluq, bitkilərlə, südünü, ağrısı, bilər, pendir, Yağlılığı, məsrəf, Qoyuna
BİZİ İZLƏYİN