• Ət ləziz qida olmaqla yanaşı...

Reseptin məlumatları Baxış sayı: 11 703

Tarix : 2-12-2016, 10:00

Bölmə : Qidalanma qaydaları


Əti aldığınız yerə mütləq diqqət edin, yaxşı olar ki, tanıdığınız qəssabdan ət alasınız.

Ət alarkən ilk növbədə rənginə diqqət edin. Mal əti parlaq qırmızı, quzu əti biraz tünd rəngdə olmalıdır.

Təbii ki, yaxşı ətin üzərində qurumuş, rəngli çalarlar və səthində ləkələr olmamalıdır. Piy ağ və ya açıq sarı rəngdə olmalıdır.
Əti iyləyin. Yaxşı ət gərək yaxşı qoxu versin, ətdən pis qoxu gələrsə bu sizə xəbardarlıq siqnalıdır.

Əgər böyük tikə ət almısınızsa, ona isti bıçaq batırın. Qoxusundan dərhal anlayacaqsınız bu ət təzədir, ya yox.

Ətin elastikliyini isə barmağınızla yoxlaya bilərsiniz. Barmağınızla əti sıxın, əgər sıxdığınız yer yenidən qalxıb, hamarlanırsa, deməli bu ət təzədir.
Etiketlər: yaxşı, olmalıdır, təzədir, rəngdə, diqqət, batırın, Qoxusundan, dərhal, bıçaq, anlayacaqsınız, almısınızsa, gələrsə, xəbardarlıq, siqnalıdır, böyük, deməli, elastikliyini, sıxın, sıxdığınız, yenidən
BİZİ İZLƏYİN