• Xərçəng əleyhinə tərəvəz

Reseptin məlumatları Baxış sayı: 10 765

Tarix : 25-02-2017, 10:00

Bölmə : Qidalanma qaydaları


Pomidor ən dadlı tərəvəzlərdən biridir. Pomidorun vətəni Amerikadır. Maraqlıdır ki, əvvəllər pomidor dekorativ bitki kimi becərilirdi.
Pomidorun gülləri varlı insanların bağlarını bəzəyirdi. Pomidor qidada istifadə olunmurdu. Bu tərəvəz çox zəhərli sayılırdı. Bir rəvayətə görə, orta əsrlərdə bir kralın aşbazı kralı öldürmək məqsədi ilə onun yeməyinə kiçik miqdarda pomidor əlavə edib. Kral yeməyi yeyib və, təbii ki, sağ qalıb. Aşbaz isə qorxu və həyacandan xəstələnib və ölüb.
Təxminən 18-ci əsrdən başlayaraq pomidor Avropada qidada istifadə olunmağa başlandı.
Pomidor bir çox faydalı maddələrlə zəngindir. Pomidorun tərkibində orqanik turşular, A, B2, B6, niasin, nadir K vitamini, yod, maqnezium, dəmir, kalium, kalsium, marqans, sink kimi minerallar var.
Pomidorun tərkibində çox güclü antioksidant likopin var ki, bu maddə xərçəng əleyhinə təsirnə malikdir. Araşdırmalar nəticəsində sübut olunub ki, pomidorların daim qəbulu kişilərdə prostat xərçənginin riskini azaldır. Bundan əlavə pomidor digər növ xərçəng xəstəliklərinin (mədəaltı vəzi, süd vəziləri, ağ ciyər xərçəngi) profilaktikası sayılır. Belə hesab olunur ki, pomidorun tərkibində olan maddələr hətta əmələ gəlmiş xərçəng hüceyrələrini məhv edir.
Sübut olunub ki, likopin çiy pomidorlardan deyil, bişmiş, pörtlənmiş pomidordan daha yaxşı mənimsənilir. Çiy vəziyyətdə pomidor bitki yağı ilə qəbul olunmalıdır. Bu səbəbdən yay salatları hazırladıqda onlara mütləq bitki yağı əlavə edin.
Kaliumla zəngin olan pomidor ürək-damar xəstəlikləri zamanı çox xeyirlidir.
B qrupu vitaminlərlə zəngin olan pomidor sinir sisteminin vəziyyətinə yaxşı təsir edir, antidepressant (depressiya əleyhinə) xüsusiyyətlərə malikdir.
Pomidorun tərkibində fitonsid maddələri var. Bu maddələrin sayəsində pomidorun iltihab və bakteriyalar əleyhinə xüsusiyyətləri var.
Pomidor həmçinin yodla zəngindir. Bu səbəbdən bu tərəvəz qalxanvari vəzinin fəaliyyətinə çox müsbət təsir edir.
Azkalorili pomidor arıqlamaq məqsədi ilə tutulan pəhrizlərdə istifadə oluna bilər.
Pomidor şirəsi çox faydalı məhsuldur. Onun tərkibində çoxlu miqdarda karotin, lizin və kalsium var.
Nəzərinizə çatdıraq ki, pomidorun bütün bu faydalı xüsusiyyətlərlə faydalanmaq üçün ekoloji təmiz şəraitdə becərilmiş məhsul seçmək lazımdır.
Bütün bu faydalı xüsusiyyətlərlə yanaşı pomidor bəzi xəstəliklər və pozulmalar zamanı insana ziyan gətirə bilər.
Belə ki, pomidor yüksək allergik xüsusiyyətlərə malikdir və bu səbəbdən allergiyadan əziyyət çəkən insanlar bu tərəvəzdən süi-istifadə etməməlidir.
Pomidorun tərkibində çoxlu miqdarda türçəng turşusu var ki, bu səbəbdən tərəvəz böyrək xəstəlikləri, öd daşı xəstəliyi və bəzi dayaq-hərəki xəstəliklər zamanı əks-göstəriş sayılır. Əgər böyrəklərdə oksalat və ya fosfat daşları varsa, pomidorların daim qəbulu onların daha da böyüməsinə səbəb olacaq.
Etiketlər: pomidor, tərkibində, Pomidorun, Pomidor, səbəbdən, faydalı, istifadə, əleyhinə, pomidorun, əlavə, miqdarda, zamanı, tərəvəz, malikdir, xərçəng, bitki, bilər, kalsium, xüsusiyyətlərə, xüsusiyyətlərlə
BİZİ İZLƏYİN