• Orqanizmə faydalı 5 bitki çayı

Reseptin məlumatları Baxış sayı: 12 601

Tarix : 25-03-2017, 19:00

Bölmə : Qidalanma qaydaları


- Nanə çayı.
Sakitləşdirir, stresi azaldır, baş, qarın, menstruasiya ağrılarını azaldır, köpdən azad edir, damarları genişləndirir.

- Zirinc çayı.
İltihabı azaldır, mikrobları öldürür, arterial təzyiqi və şəkəri aşağı salır, immun sitemini möhkəmləndirir, iştahanı artırır.

- İtburnu çayı.
İmmuniteti möhkəmləndirir, güclü iltihabəleyhinə təsirə malikdir, sidik kisəsini və sidik yollarını təmizləyir və iltihabı azaldır, təzyiqi aşağı salır, damarları təmizləyir və möhkəmləndirir.

- Kəkliotu çayı.
Mədə-bağırsaq sistemini şlaklardan, toksinlərdən təmizləyir, qurdları öldürür, bəlgəmgətirici təsirə malikdir, orqanizmi tonuslaşdırır, stresi azaldır, kişilərdə potensiyanı gücləndirir.

- Çobanyastığı çayı.
Sakitləşdirir, bağırsaqları təmizləyir, bağırsaqlarda iltihabı azaldır, immuniteti gücləndirir, soyuqdəymə və qrip zamanı faydalıdır, menstruasiya zamanı ağırıları azalıdır.
Bu çayları hazırlamaq üçün 1 çay qaşığı bitki 1 fincan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və adi çay kimi içilir.
İtburnu çayı hazırlamaq üçün 1 xörək qaşığı itburnu əzilir, termosda 1 stəkan suda 1 saat ərzində dəmlənilir, 2-3 dəfə yaxşı süzülür və adi çay kimi içilir.
Zövqə görə çaya bal, limon əlavə etmək olar.
Etiketlər: azaldır, təmizləyir, möhkəmləndirir, ərzində, təsirə, İtburnu, süzülür, içilir, malikdir, sidik, Sakitləşdirir, zamanı, hazırlamaq, qaşığı, salır, iltihabı, gücləndirir, dəmlənilir, öldürür, menstruasiya
BİZİ İZLƏYİN