• Qida zəhərlənməsi

Reseptin məlumatları Baxış sayı: 2 487

Tarix : 16-05-2017, 15:00

Bölmə : Qidalanma qaydaları


Ailə üçün təhlükəsiz yeməyin hazırlanması
1999-cu ilin hesabatına görə Böyük Britaniyada ərzaq zəhərlənmə halları 100.000-ə çatmışdır. Lakin mütəxəssislər bunun yalnız aysberqin görünən hissəsi olduğuna inanırlar. Hər il yarım milyon insan, onların çoxu uşaqlar, ərzaq zəhərlənmənin qurbanı olduğu aşkar edilmişdir.

Kampilokbakteriya
1990-nıncı illərin əvvəllərindən sonunadək iki qat artan qida zəhərlənməsi hallarından ən tez rast gəlinən zəhərlənmə növüdür. Bu bakteriya qarında kəskin ağrılara səbəb olur və buna görə appendisit ilə səhv salına bilər. Quşçuluq məhsulları, ət, həmçinin ev heyvanları ilə cəlb edilə biləcək bakteriya ola bilər.

Escherichia coli (E. Coli)
Bu bakteriya həm uşaq, həm də böyüklərin bağırsağında aşkar oluna bilər. Onların növlərinin çoxu zərərsiz, lakin bəziləri şiddətli qida zəhərlənməsi və hətta ölüm ilə nəticələnə bilər. 90-cı illərin əvvəlinədək bağırsaq çöpündən qida zəhərlənməsi nadir idi, lakin sonra onun həcmi kəskin artıb. Bu adətən yarımçiy ət (burqer), pasterizə olunmamış süd və pendirlərin tərkibində mövcud ola bilir. Sallaqxana və qəssab dükanlarında gigiyena qaydalarının qeyri-adekvat olmasından meydana gələ bilər.

Listeria
Listeria monositogen yumşaq tam yetkinləşməmiş bri və kamember (camembert) kimi pendirlərin, paştetlərin, soyuq hazır yeməklərin, dondurma avtomatlarında hazırlanan yumşaq dondurma növlərinin tərkibində xüsusən rast gəlinir. Bu bakteriya xüsusən hamilə qadınlar üçün təhlükəlidir, çünki dölün düşməsinə, ölü uşağın doğulmasına və ya vaxtından əvvəl doğuma gətirib çıxara bilər. Listeria 5 ˚ C temperaturda belə məhv olmur.

Salmonella
Bir neçə il əvvəl Salmonella ilə zəhərlənmənin kəskin artması ilə əlaqədar əhaliyə çiy və ya yarımçiy yumurtanın qəbulundan çəkinmək məsləhət görülmüşdür. Quş əti və yumurta yoluxmanın əsas mənbələridir. Lakin bir neçə saat müddətində soyuducudan kənarda qalan xörək və salatlar həmçinin zəhərlənməyə səbəb ola bilər. Salmonellanın müəyyən növlərinin anti-biotiklərə davamlı olduğu sübut olunmuşdur.

Bacillus cereus (basilla exinosereus)
Bakteriyaların bu növü hazırlanmış düyüdə, onun isti şəklində saxlanıldığı və ya yanlış şəkildə qızdırıldığı zaman aşkar edilmişdir. Bişirilmiş düyü dərhal yeyilməlidir və ya tezliklə soyudulmalıdır və soyuducuya yerləşdirilməlidir. Bacillus cereus yeməkdən sonra bir saat ərzində ürək bulanmaya və ya daha sonra qarın ağrısına səbəb olur. Lakin sağalma tez baş verir.

Clostridium botulinum (botulizm)
Bu qida zəhərlənmənin ən nadir formasıdır. Pis sterilizasiyası nəticəsində konservləşdirilmiş balıqda, ət və ya tərəvəzdə bu bakteriyalar tapılır.

Staphylococcus aureus(qızılı stafilokokk)
Bir çox insanlar bu növ bakteriyaların daşıyıcısıdır və asanlıqla bu bakteriyaları ərzaqlara ötürə bilirlər. İnfeksiyanın əsas daşıyıcısı veçina, quş əti və kremli kökələrdir.
Etiketlər: bilər, bakteriya, səbəb, kəskin, Listeria, zəhərlənmənin, aşkar, zəhərlənməsi, Lakin, sonra, növlərinin, edilmişdir, olduğu, lakin, nadir, cereus, tərkibində, yumşaq, həmçinin, Bacillus
BİZİ İZLƏYİN