• Arıqladan detoks suyunun hazırlanması

Reseptin məlumatları Baxış sayı: 5 845

Tarix : 24-05-2017, 10:00

Bölmə : Qidalanma qaydaları / Pəhriz (diet)


Detoks suyu hazırlayarkən limondan cəfəriyə, xiyardan alma sirkəsinə qədər bir çox ərzaqdan istifadə edə bilərsiniz.
Bu ərzaqları sizə təqdim edirik:
Alma sirkəsi
Limon
Gilas
Darçın
Qərənfil
Təzə nanə
Xiyar
Ananas
Portağal
Greyfrut
Təzə zəncəfil
Əncir
Ərik
Şüyüd
Yaşıl çay
Naringi
Mineral su
Cəfəri
Çiyələk

Detoks suyu necə hazırlanır?
Detoks suyu hazırlamaq həqiqətən də çox asan ve ekonomikdir! Bir litr suyun içinə lazım olan ədvalar əlavə edilir, səhərə qədər saxlanılır və gün ərzində 1 stəkan olmaqla bir neçə dəfə içilir. İstədiyiniz çəkiyə gələnə qədər detoks suyunu hər gün içməlisiniz. Bir neçe detoks suyu reseptini sizinlə paylaşırıq: Darçınlı detoks suyu

Tərkibi:
1 litr otaq temperaturunda olan su
1 ovuc içi cəfəri Yarım limon
1 ədəd çubuq darçın

Hazırlanması:
Detoks suyu gecədən hazırlanır. 1 litr suyu dolçaya töküb, içinə limon, darçın və cəfərini əlavə edib qarışdırın. Qapağını örtüb soyuducuda və ya otaqda sabaha qədər saxlayın. Səhəri gün 1 litr detoks suyunu hər saat başı bir stəkan içib qurtarın. Portağallı detoks suyu Tərkibi: 1 litr otaq temperaturunda olan su Yarım portağal 1 çay qaşığı qərənfil 1 ovuc təzə nanə Hazırlanması: 1 litr suya portağal, qərənfil və nanəni töküb qarışdırın. Bunu da eyni üsulla, yəni, ya soyuducuda, ya da otaqda saxlayın. Bunu da 1 stəkan olmaqla hər saatdan bir içib qurtarın.

Detoks suyunun faydaları nələrdir?
Detoks suyu içməyin aşağıdakı faydaları var: Bədənin daha çox kalori itirməsini təmin edir. Şirniyyat istəyini kəsərək çəki atmağa kömək edir. Metabolizmanı gücləndirməklə arıqladır. Enerjili və gümrah olmağa kömək edir. İmmun sistemini gücləndirir. Böyrək və sidik yollarını təmizləyir.
Etiketlər: Detoks, detoks, qədər, stəkan, qurtarın, olmaqla, saxlayın, əlavə, portağal, darçın, qərənfil, içinə, otaqda, soyuducuda, Tərkibi, temperaturunda, Yarım, Hazırlanması, töküb, faydaları
BİZİ İZLƏYİN