• Xərçəngə qarşı təsirli təbii resept

Reseptin məlumatları Baxış sayı: 3 650

Tarix : 30-05-2017, 19:00

Bölmə : Qidalanma qaydaları


Son zamanlarda ən çox yayılan və ən çox ölümlə nəticələnən xəstəliklərdən biri xərçəngdir. Bu xəstəliklə mübarizə üçün bir çox dərmanlar və digər müalicə üsulları mövcud olsa da bunun qarşısını almaq hələ də mümkün olmayıb. Biz bu yazımızda sizə xərçəngin qarşısını almaq və ya ondan qorunmaq üçün olduqca təsirli olan bir təbii resepti təqdim etmişik. Bu resept elm adamları tərəfindən də qəbul edilmiş və bir çox xərçəng xəstəsini müalicə etmişdir.

Bu qarışıq nəyə xeyir edir:
Bədənin tam müalicəsi üçün bir qidadır

Damarları təmizləyir

Ürək üçün şəfa mənbəyidir

Qaraciyər və böyrəkləri təmizləyir

İmmun sistemini gücləndirir

Beynin funksiyasını yaxşılaşdırır

İnfarktın qarşısını alır

Bütün xərçəng növləri üçün ən yaxşı çarədir

Tərkibi:
15 ədəd təzə limon
12 baş təzə sarımsaq
1 kiloqram bal
400 qram buğda
400 qram təzə qoz

Buğdanın hazırlanması:
400 qram buğdanı şüşə qaba qoyub su ilə doldurun. Bunu axşamdan hazırlayın və 10-12 saat saxlayın. Səhər suyunu süzün, buğdaları yuyun və suyu qalmasın deyə yenidən süzün. Buğdaları şüşə qaba qoyub 24 saat saxlayın. Beləliklə, buğdaların cücərdiyini görəcəksiniz.

Qarışığın hazırlanması:
Cücərmiş buğdaları qoz və təmizlənmiş sarımsaqlarla birgə əzin və yaxşıca qarışdırın. Sonra qabığı ilə birikdə 5 limonu əzin və qarışdırın. Digər 10 limonun isə sadəcə suyunu sıxın. Daha sonra isə balı əlavə edib taxta qaşıqla qarışdırın. Bu qarışığı süşə bankaya tökün və soyuducuda 3 gün saxlayın. 3 gün sonra götürüb istifadə edə bilərsiniz.

Qəbul edilmə qaydası:
Bu möcüzəvi qarışıq gündə 4 dəfə hər yeməkdən əvvəl və yatmamışdan 30 dəqiqə əvvəl içilə bilər. Lakin sırf xərçəngin müalicəsi üçün istifadə ediləcəksə, hər iki saatdan bir 1-2 yemək qaşığı içilməlidir. Siz də bu təbii və olduqca təsirli qarışıqdan istifadə edərək həm ümumi sağlamlığınızı qoruya, həm də xərçəngə qarşı mübarizə apara bilərsiniz.
Etiketlər: qarışdırın, saxlayın, qarşısını, istifadə, xərçəng, bilərsiniz, əvvəl, təbii, olduqca, təsirli, qarışıq, təmizləyir, süzün, buğdaları, suyunu, qoyub, sonra, hazırlanması, xərçəngin, müalicəsi
BİZİ İZLƏYİN