• Düzgün qidalanma niyə vacibdir?

Reseptin məlumatları Baxış sayı: 2 162

Tarix : 13-07-2017, 16:00

Bölmə : Qidalanma qaydaları


Qidalanma aclıq hissini yox etmək, qarın doyurmaq, ya da ürəyinin istədiyini yeyib içmək demək deyil. Qidalanma sağlamlığı qorumaq, inkişaf etdirmək və həyat keyfiyyətini yüksəltmək üçün bədənin ehtiyacı olan qidaları yetərli miqdarlarda və uyğun vaxtlarda almaq üçün şüurlu edilməsi vacib olan bir şeydir.

Qida maddələri bədənin ehtiyacı səviyyəsində alınmadığı zaman yetərsiz qidalanma yaranır. İnsanın sağlam həyatı üçün qəbul etməli olduğu 50-yə yaxın qida maddəsi var. İnsanın sağlam böyüməsi və inkişafı, sağlam və faydalı olaraq uzun müddət yaşaması üçün bunların hər birindən gündəlik nə qədər qəbul etməli olduğu müəyyənləşdirilmişdir. Bu qida maddələrinin hər hansı biri alınmadıqda, gərəyindən az və ya çox qəbul edildikdə böyümə və inkişaf axsayır, sağlamlıq pozulur.

Gərəyindən çox qida qəbul edildikdə çox qəbul edilən bəzi qida maddələri yağ olaraq toplandığı üçün sağlamlıq üçün zərərli olur. Bu hala nizamsız qidalanma deyilir. Nizamsız qidalanmanın qarşısının alınmasında qidalanma təhsili və sağlam qidalanma biliyinin qazandırılması böyük əhəmiyyət kəsb edir.

Düzgün qidalanan insanlar:
- Sağlam görünüşdədir.

- Hərəkətli bir bədənə, gözəl dəriyə, canlı və parlaq saçlara və gözlərə sahibdir.

- Güclü əzələləri vardır.

- İşləməyə istəkli xarakterə malikdir.

- Normal boy uzunluğuna, bədən ağırlığına, normal zehni inkişafa, güclü immunitetə sahibdir.

Düzgün qidalanmayan insanlar isə:
- Hərəkətləri ağır və istəksizdir.

- Sağlam olmayan görünüşü vardır.

- Ya çox kök, ya da çox arıqdır.

- Quru və ya problemli dərisi vardır.

- Tez-tez baş ağrısından şikayət edər.

- İştahsız və yorğundur.
Etiketlər: qəbul, sağlam, qidalanma, vardır, etməli, ehtiyacı, İnsanın, olduğu, maddələri, olaraq, Sağlam, sahibdir, insanlar, Düzgün, Qidalanma, sağlamlıq, bədənin, edildikdə, inkişaf, dəriyə
BİZİ İZLƏYİN