• Niyə şirniyyat yemək istəyirik?

Reseptin məlumatları Baxış sayı: 9 796

Tarix : 25-07-2017, 16:00

Bölmə : Qidalanma qaydaları


Bir çox insan şirniyyatı ağlından çıxara bilmədiyini, hətta gündə iki və ya üç dəfə şirniyyat yediyini bildirir. Bir şeyi qeyd etmək istəyirik. Hər şey beyində bitir.

Əvvəlcə kimlərdə şirniyyat yemək istəyinin daha çox olduğuna baxaq:
- Nizamsız qidalan insanlar

- Stressli olanlar və depressiya keçirənlər

- Yuxusuz insanlar

- Qansızlığı olanlar

- Həddindən çox kökəlib-arıqlayan insanlar

Karbohidratlar insanı tox tutan və aclıq hissini aradan qaldıran qidalardır. Triptofan bədəndə serotonin yaranmasını təmin edir və iştahı öldürür. Xüsusilə qoz, banan, yumurta, yulaf, pendir kimi qidaların tərkibində var.

Çox şirniyyat istədiyiniz vaxtlarda meyvə, kəpəkli tost və ya sendviç kimi qidalarla şəkər qəbul etməyə çalışın. Qidalarınızın arasında tərəvəz, təbii şəkər ehtiva edən qidalar olduqda şirniyyat istəyi də daha az olur. Şəkərin bədəni və üzü ən çox yaşlandıran şey olduğunu unutmayın.
Etiketlər: şirniyyat, insanlar, olanlar, şəkər, tərkibində, qidaların, pendir, vaxtlarda, meyvə, yulaf, istədiyiniz, yumurta, yaranmasını, serotonin, bədəndə, təmin, iştahı, banan, Xüsusilə, öldürür
BİZİ İZLƏYİN