Həzm prosesi yavaş olduğu üçün bir çox qadınlar artıq çəkilərini atmaqda çətinlik çəkirlər. Mütəxəssislər tərəfindən təsdiqlənmiş, həzm prosesini sürətləndirəcək qidaları sizə təqdim edir.
Acı bibər: Aparılan araşdırmalar nəticəsində acı bibərin tərkibində olan kimyəvi birləşmələrin ürək ritmini və həzmi sürətləndirdiyi ortaya çıxıb. Acı bibər və ədviyyatlı yemək yedikdən sonra 3 saat ərzində həzm prosesi 25 faiz daha sürətli olur.
acı bibər
Balıq: Tərkibində 3 yağ turşusu ehtiva edən balığın həzmi sürətləndirən leptin hormonuna təsir etdiyi bilinib.
balıq
Yaşıl çay: Tərkibindəki ECGC birləşməsi sayəsində sinir sistemi və beynin fəaliyyətini sürətləndirir. Bu da həzmin sürətinə təsir edir.
yaşıl cay
Süd və süd məhsulları: Yağsız süd və süd məhsullarını gündə 3-4 pors qəbul etsəniz, bu, həzmin sürətlənməsinə və çəki atmanıza kömək edəcək.
sud məhsulları
Protein: Toyuq və hinduşka ətinin tərkibindəki protein həzmi sürətləndirir. Eyni zamanda əzələlərə də faydalıdı.
Etiketlər: bibər, həzmi, sürətləndirir, həzmin, məhsulları, təsir, prosesi, beynin, fəaliyyətini, sistemi, sürətinə, sayəsində, bilinib, etdiyi, hormonuna, balıq, Yaşıl, yaşıl, birləşməsi, Tərkibindəki