• Sağlam məsləhətlər

Reseptin məlumatları Baxış sayı: 1 763

Tarix : 19-03-2018, 14:00

Bölmə : Qidalanma qaydaları


Süfrələrimizin tacı olan çörək haqqında çox maraqlı faktlar açıqlanıb. Həqiqi çörək necə olmalıdır? Gündə nə qədər və hansı növ çörək yeyə bilərik?

Tam buğda unundan hazırlanmış və yetəri qədər mayalanmış çörəyin bir zərəri yoxdur. Əsas problem çörəkdə deyil, unun ağ olmasında və düzgün mayalanmamasındadır. Həqiqi çörək sərt, ləzzətli və doyumludur. Ancaq ağ, pambıq kimi yumşaq çörəklər doyurucu olmamaqla yanaşı, qan şəkərinin yüksəlməsinə səbəb olur.

Sağlam qidalanmaq üçün gündə neçə dəfə yemək lazımdır ?
Normal olaraq hər birimiz gündə 3 dəfə yeməyə çalışırıq. Ancaq yeməyin sayına baxmazlar. Nə vaxt aclıq hissi duydunsa, yeməlisən və doyan kimi süfrədən qalxmalısan. Yemək ayaq üstə deyil və yavaş yeyilməlidir.

Şəkərin sağlamlığa zərərləri nələrdir?
Şəkər əslində enerji qaynağı hesab edilir. Buna görə hər kəs şəkər qəbul etməlidir, ancaq həddini aşmamaq şərtilə. Şəkəri şirniyyatların tərkibində qəbul edin.

Qarğıdalı siropu nələrdə istifadə edilir?
Hamburger küftələrində daha çox istifadə edilir və zərəri yoxdur.

Bal və meyvələrdən əldə edilən şəkər zərərlidirmi?
Həddini aşmadan bal və meyvələrdən əldə edilən şəkər ziyan verməz.

Meyvəni tamamilə yemək lazımdır. Yalnız suyunu içməklə kifayətlənməyin, özünü də yeməyə çalışın.
Etiketlər: çörək, şəkər, edilir, yemək, deyil, yeməyə, lazımdır, yoxdur, zərəri, edilən, istifadə, qədər, qəbul, gündə, Həqiqi, Ancaq, meyvələrdən, həddini, etməlidir, ancaq
BİZİ İZLƏYİN