• Jiqo-frenel resepti

Reseptin məlumatları Baxış sayı: 14 768

Tarix : 25-09-2014, 17:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
quzu budu
6 diş sarımsaq
50 dilim yağsız vetçina
2 st. bulyon
1 st. konyak
200 q kərə yağı
12 ançous (yaxud digər xırda balıq - kilkə, şprot və s.)
duz
istiot
dəfnə yarpağı
muskat cevizi

Hazırlanması:
Qoyun budunun sümüyünü çıxarın, içinə doğranmış vetçina və yarıya bölünmüş sarımsaq dişləri doldurun. Üstünə duz və istiot çəkin.
Siniyə qoyun, əlavə duz, istiot, dəfnə yarpağı, muskat cevizi, bulyon və konyak töküb sobada, vam odda 3 saat bişirin.

Ançousu (və yaxud xırda balıqları) yağla qarışdırın.

Budu sobadan çıxarın, sousunun yağını yığın, özünü süzüb bir qaba qoyun, budu yenidən sobaya qoyun. 10-15 dəqiqə sonra ançouslu yağı əlavə edin, sobada daha 3 saat bişirin.
Süfrəyə verərkən süzdüyünüz sousu və yağını qızdırıb üzərinə əlavə edin.

Nuş olsun!
Etiketlər: istiot, əlavə, qoyun, yarpağı, dəfnə, muskat, çıxarın, bişirin, yağını, sobada, cevizi, konyak, bulyon, yaxud, vetçina, sarımsaq, xırda, olsun, sousunun, yığın
BİZİ İZLƏYİN