• Gül kələmi yeməyi resepti

Reseptin məlumatları Baxış sayı: 10 502

Tarix : 1-08-2017, 21:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
yarım gül kələmi
4 ədəd orta ölçülü pomidor
1 ədəd baş soğan
1 diş sarımsaq
2 x.q. tomat pastası və ya ketçup
bitki yağı
duz
1/3 ç.q. qara və qırmızı istiot
1/3 ç.q. sarıkök
1/3 ç.q. zəncəfil
1/3 ç.q. darçın
cəfəri və ya nanə

Hazırlanması:
İlk öncə soğan və sarımsağı kub-kub doğrayıb, bitki yağında azca qızardırıq. Bütün ədviyyatları və tomatı əlavə edib, üzərinə kələmi tökürük və yaxşıca qarışdırırıq. Kələm ədviyyatlarla tam qarışıb, narıncı rəng aldıqdan sonra qabığı soyulmuş və kub-kub doğranmış pomidoru da qarışımın üzərinə əlavə edirik və bişiririk. Süfrəyə verərkən üzərinə cəfəri və ya nanə tökmək olar.

Nuş olsun!
Etiketlər: üzərinə, cəfəri, bitki, soğan, əlavə, kələmi, qarışıb, aldıqdan, narıncı, qarışdırırıq, yaxşıca, sonra, Kələm, ədviyyatlarla, soyulmuş, bişiririk, Süfrəyə, verərkən, tökmək, edirik
BİZİ İZLƏYİN