• Ətli, tərəvəzli makaron resepti

Reseptin məlumatları Baxış sayı: 7 115

Tarix : 3-08-2017, 17:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Makaron yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
mal əti,
bibər,
kök,
pomidor,
göy soğan (və ya keşniş, şüyüd, cəfəri), yağ

Hazırlanması:
Əvvəlcə bir qazana su və 1 ç.q. duz tökülüb qaynadılır. Sonra qaynadılmış suya makaron əlavə edilir və o bişənədək üzərinin sosu hazırlanır. Sous üçün mal ətini kiçik kublar formasında doğrayıb, yağda qovururuq. Üzərinə doğranmış bibərləri əlavə edib, biraz qovurduqdan sonra pomidoru tökürük. Bişməyinə az qalmış xırda doğranmış göy soğan əlavə edib, qarışdırırıq. *Qeyd. Evdə qaymağınız varsa, pomidor biraz bişəndən sonra üzərinə əlavə edə bilərsiniz.

Makaron bişdikdikdən sonra suyunu süzüb, yağda qızardırıq. Kökləri qalın formada doğrayıb, onları da yağda biraz qızardırıq. Son olaraq makaron və hazırladığımız ətli sousu qarışdırırıq. Süfrəyə verən zaman üzərinə qatıq və kök qoyub servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, yağda, biraz, sonra, bilərsiniz, doğranmış, doğrayıb, qızardırıq, makaron, üzərinə, soğan, pomidor, qarışdırırıq, bişdikdikdən, Makaron, bişəndən, varsa, qaymağınız, suyunu, qalın
BİZİ İZLƏYİN