• Quru dolma resepti

Reseptin məlumatları Baxış sayı: 24 248

Tarix : 31-05-2014, 09:44

Bölmə : Quru yeməklər / Dolmalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
10 ədəd qurudulmuş badımcan
10 ədəd qurudulmuş dolmalıq bibər
500 gr orta yağlı qıyma
1 çay stəkanı incə yarma
1 su stəkanı düyü
1 su stəkanı qaynadılmış noxud
1 xörək qaşığı bibər tomatı
1 xörək qaşığı pomidor tomatı
4 ədəd orta ölçülü soğan
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
1 çay qaşığı qırmızı bibər

Sous üçün:
1 xörək qaşığı bibər tomatı
1 xörək qaşığı quru nanə
8 diş sarımsaq
2 xörək qaşığı marqarin
2 xörək qaşığı nar turşu

Hazırlanması:
Quru dolmalıq tərəvəzləri bir gecə əvvəldən isladın. Sabahısı gün yumşalan tərəvəzlərin suyunu süzün. Bir qazana qoyub üzərlərini keçəcək qədər su əlavə edin və 10 dəqiqə qaynadın. Süzüb bir kənara qoyun.
Qıyma, qaynadılmış noxud, yarma, incə doğranmış quru soğan, düyü, pomidor və bibər tomatı, duz, qara bibər, qırmızı bibəri böyük bir kasada qarışdırın.
Bu qarışığa 2 xörək qaşığı su əlavə edin. Bibərlə badımcanları doldurub, qazana yığın.Yarıya qədər su əlavə edib, orta odda bişirin. Digər yandan sousu hazırlayın. Ərimiş marqarin ilə döyülmüş sarımsağı bir az qovurun. Sous, nanə və nar turşu qataraq 5 dəqiqə bişirin. Bu vaxt bişmiş olan dolmaların üzərinə bu sousu gəzdirin və 15 dəqiqə daha birlikdə qaynadın. İsti isti servis edin.

Nuş olsun!
Etiketlər: qaşığı, bibər, xörək, tomatı, əlavə, stəkanı, dəqiqə, bişirin, sousu, qırmızı, qaynadın, marqarin, soğan, qazana, turşu, qədər, qurudulmuş, dolmalıq, qaynadılmış, yarma
BİZİ İZLƏYİN